EHM etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
EHM etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

8 Haziran 2015 Pazartesi

Elektron hesablama maşınlarının təsnifatı

Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınlarını (EHM) dörd nəslə bölürlər. Bu nəsillər element bazasına, proqram təminatlarına, texniki və istismar göstəricilərinə görə bir-birindən köklü surətdə fərqlənirlər. Birinci nəsil EHM-lər elektron lampalar üzərində yaradılmışdır. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli yaddaşa, aşağı hesablama məhsuldarlığına (saniyədə min əməliyyat yerinə yetirirdi) malik olub, eitibarlı işləmirdi və tez-tez sıradan çıxırdı.

10 Haziran 2014 Salı

EHM-İN İNKİŞAF MƏRHƏLƏLƏRİ

 EHM-İN YARANMA TARİXİ
21-ci əsrdə texnikanın, elmin, iqtisadiyyatın sürətlə inkişaf etməsi ilə əlaqədər informasiya axınının çoxalması müşahidə edilir. İnformasiya axınını idarə etmək üçün dövrün tələbi olan kompüter texnikasından istifadə etmək zərurəti yaranır. Kompüter texnikası müasir dövürdə qlobal hesablamalar aparmaq üçün, ən müxtəlif reaktiv siyahıların hazırlanması üçün, böyük elmi-texniki layihələr üçün istifadə olunur. Bir sözlə müasir dövr öz həyatını kompütersiz təsəvvür edə bilməz. EHM-lərin yaradıcılarından olan Qluşkov yazırdı:
Əgər müasir EHM-lər olmasaydı bəşəriyyətin tam yarısı hesablama aparmaq məqsədi ilə digər yarısına xidmətçi işləməli idi.