1. Verilənlər bazasının məqsədi və
tərifi.
İnformasiyanın
qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən
biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması
üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilən - bazaya daxil ediləcək
informasiya vahididir, elementidir.
İnformasiya müəyyən predmet və ya gerçəklik haqqında olan tam
fikirdir, məlumatdır.
Məsələn: Hər
bir müəssisənin kadrlar şöbəsində
onun əməkdaşları haqqında (kadr uçotu vərəqəsində)
informasiya saxlanılır. Bu informasiyanın verilənləri -
elementləri bunlardır: ad, soyad, atanın adı, təvəllüd,
milliyyət, hansı ali təhsil müəssisəsini neçənci ildə
bitirməsi, hansı dilləri bilməsi, hansı elmi əsərlərin
müəllifidir və s.
VB-nin yaradılması məqsədindən asılı olaraq eyni bir obyekt və
ya gerçəklik haqqında olan informasiyanın elementləri, yəni
verilənlər müxtəlif ola bilərlər.
Məsələn: Hər bir dövlətdə onun vətəndaşları
haqqında saxlanılan informasiyanın verilənləri bunlardır: ad,
soyad, atanın adı, təvəllüd, harada qeydiyyatda olması, gözünün
rəngi, boyun uzunluğu, qan qrupu və s.
Göründüyü kimi eyni bir şəxs haqqında kadrlar şöbəsində
saxlanılan informasiyanın verilənləri ilə dövlətin vətəndaşı
kimi saxlanılan informasiyanın verilənlərində müxtəliflik var.
VB kompüterdə xüsusi formatlı fayllarda saxlanılan
informasiyadır.
“Faylın formatı” termini kompüter faylında
saxlanılan verilənlərin strukturunu təsvir etmək üçün
istifadə olunur.
Tərif.
VB- informasiyanın
saxlanılması, ilkin emalı və axtarışını təmin edən xüsusi
formatlı fayldır.
2.
Verilənlər bazasının strukturu.
Verilənlərin strukturu, onların
kompüterdə saxlanılması üsuludur və o, elə seçilməlidir ki,
verilənlərdən səmərəli istifadəni təmin etsin.
Faylın VB olması üçün onda olan informasiya struktura malik
olmalıdır və elə formatlaşdırılmalıdır ki, sahələr
bir-birindən asanlıqla fərqlənsinlər.
Verilənlər bazası struktura görə üç cür ola bilər:
- iyerarxik;
- səbəkə;
- relyasion.
2.1.
İyerarxik VB-da verilənlər
arasındakı tabeçilik münasibətlərindən asılı olaraq
budaqlanma olur. Odur ki, bu struktura
bəzən budaqlanan struktur da deyirlər (şəkil 1).
2.2. VB-nın şəbəkə
modelində verilənlərə müraciət
ona gələn yollar vasitəsi ilə həyata keçirilir və bir verilənə
bir neçə yol ilə gəlmək olar. Bu zaman hər bir verilən faktiki
olaraq bir neçə verilən ilə bağlı olur və onlar arası
əlaqələr iyerarxik olmaya da bilər (şəkil 2).
2.3. Bu gün əksər VB cədvəl şəkillidirlər,
yəni relyasion strukturludurlar. Belə strukturlu VB-də verilən
sətir və sütunların kəsişməsi ilə müəyyən olunur. VB-da
sütunlar sahələr, sətirlər isə yazı adlanır (cədvəl 1).
Şəkil 1. VB-nin iyerarxik
strukturu.
Şəkil 2. VB-nin şəbəkə
strukturu.
3. Relyasiya strukturlu verilənlər
bazasının əsas cəhətləri. Relyasiya
strukturlu VB-də sahələr VB-nin strukturunu yaradırlar, yazılar
isə VB-də olan informasiyanı ifadə edirlər.
3.1. Sahələrin xüsusiyyətləri
3.1.1. Hər bir sahənin ən birinci
xüsusiyyəti onun uzunluğudur.
Sahənin uzunluğu orada yerləşdiriləcək verilənin simvollar və
ya işarələr sayı ilə müəyyən olunur.
3.1.2. Hər bir
sahənin unikal xüsusiyyəti onun adıdır.
Bir VB iki eyniadlı sahəyə malik ola bilməz.
3.1.3. Hər bir sahənin imza
xüsusiyyəti var. İmza elə bir
göstəricidir ki, VB-də həmin sütunun başlığıında əks
olunur. Onu sahənin adı ilə qarışdırmaq olmaz, amma imza
verilmədikdə həmin sahənin başlığıında onun adı yazılır.
Müxtəlif sahələrə bəzən eyni imza vermək olar. Bu kompüterin
işinə mane olmayacaqdır. Belə ki, bu sahələr əvvəlki kimi
müxtəlif adlarla saxlanılacaqdır.
3.2. Sahələrin tipləri.
Sahələr orada saxlanılan verilənin tipindən asılı olaraq
müxtəlif xüsusiyyətli olurlar.
3.2.1. Mətn sahələr
- mətn tipli verilənlərin saxlanılması üçün istifadə olunur.
Mətn sahənin bir məhdudiyyəti var - onun ölçüsü 256-dan çox
ola bilməz, yəni orada saxlanılan verilən 256 simvoldan artıq
ola bilməz.
3.2.2. Ədədi
sahələr – rəqəmlə ifadə olunan
verilənlərinin daxil edilməsinə xidmət edir. Ədədi sahələr
müxtəlif olurlar: tam ədədlərin daxil edilməsi üçün sahələr
və onluq ədədlərin daxil edilməsi üçün sahələr. Sonuncu
halda sahənin uzunluğundan başqa həm də onluq hissənin, yəni
vergüldən sonrakı rəqəmlər sayı da verilməlidir.
3.2.3. Tarix/vaxt
tipli sahələrdən tarix və vaxtın
daxil edilməsi üçün istifadə olunur.
3.2.4. Xüsusi tip sahələr – pul
sahəsi. Adından məlumdur ki, bu
sahədə pulun məbləği saxlanılır. Pulun məbləğini ədədi
sahədə də saxlamaq olar, lakin pul sahəsində onlarla işləmək
daha münasibdir. Bu halda kompüter ədədi onun pul vahidləri ilə
birlikdə əks etdirə bilir: manat və qəpiyi, funt və pensi,
dollar və senti ayırd edə bilir, bir sözlə onlarla incə rəftar
edə bilir.
3.2.5. Müasir VB-də təkcə ədəd və hərfləri
deyil, həm də şəkil və musiqi kliplərini, videoyazıları da
saxlamaq olur. Belə obyektlər üçün nəzərdə tutulan sahə OLE
obyekt sahəsi adlanır.
3.2.6. Əgər sahəyə böyük mətn yerləşdirmək
lazımdırsa, bu halda MEMO sahəsindən
istifadə olunur. Bu sahənin əsas cəhəti odur ki, real olaraq bu
verilənlər sahədə deyil, başqa yerdə saxlanılır, sahədə isə
həmin mətnin yerləşdiyi yerə göstərici qoyulur.
3.2.7. Ən maraqlı sahə sayğac
sahəsidir. İlk növbədə o adi ədədi sahə kimi görünə
bilər, ancaq o avtomatik
artmaq xüsusiyyətinə malikdir. Bu sahə
sadəcə sayğac rolunu oynayır. Oraya VB-dəki yazıların sayı
avtomatik olaraq yazılır.
3.3. Sadə VB.
Sadə VB-ni xüsusi proqram vasitələrindən istifadə etmədən də
yaratmaq olar.
3.4. Əlaqəli cədvəllər.
Əslində sadə VB baza yox, sadəcə cədvəldir. Əgər informasiya
belə sadə strukturda saxlanılsaydı, onunla işləmək üçün
xüsusi verilənlər bazasının idarə sistemləri (VBİS) lazım
olmazdı. Belə ki, praktikada daha mürəkkəb strukturlu
informasiyaları saxlamaq lazım gəlir ki, onlar da çoxlu sayda
cədvəllərdən ibarət olurlar.
VB-nın yaradılması onun cədvəllərinin
yaradılmasından başlayır. Struktur elə olmalıdır ki, baza ilə
işləyərkən imkan daxilində az verilən daxil edilsin. Əgər hər
hansı veriləni bir neçə dəfə daxil etmək lazım gəlirsə,
bazanı əlaqəli cədvəllərdən
təşkil edirlər. Hər bir cədvəlin
strukturunu ayrı-ayrı işləyirlər.
Unikal və açar sahələr.
Cədvəllər
arası əlaqəni yaratmaq və bu cədvəldəki
yazıya görə o birində olan uyğun yazını tapmaq üçün
cədvəldə
unikal sahəyə baxmaq lazımdır. Unikal sahə elə sahədir
ki, onda olan məzmun təkrarlanmır.
Unikal sahədə yazılar təkrarlandıqda kompüterin
xəbərdarlıq bildirməsi
üçün açar sahə anlayışı istifadə olunur. Cədvəlin
strukturu yaradılarkən bir sahəni (və ya bir neçə sahələr
kombinasiyasını) açar qeyd etmək lazımdır.
Açar sahələr ilə kompüter xüsusi işləyir,
daha doğrusu, sonuncu onun unikallığını yoxlayır və bu
sahələr üzrə seçməni yerinə yetirir.
Əməkdaşlar haqqında məlumat cədvəli
Cədvəl 1.
-
№kodSoyadıadıAtanın adıDoğulduğu tarixAilə vəziyyətiXaricdə olması001AğayevaGülnarFikrət01.02.71ailəliolub002BayramovNicatHəmid05.04.75ailəliolub003MəmmədovAnarHüseyn20.12.78subayolmayıb……..……….……
Əməkdaşların ailə vəziyyəti haqqında
cədvəl Cədvəl 2
-
Əməkdaşın koduSoyadıadıAtanın adıDoğulduğu tarixQohumluq əlaqəsiMəşğuliyyəti001AğayevNadirCamal03.04.66həyat yoldaşımühəndis001AğayevNicatNadir05.04.95oğluşagird001AğayevLaləNadir20.12.97qızışagird002…Bayramova…Vüsalə…Yusif…15.06.79…həyat yoldaşımüəllimə…
Əməkdaşın xaricdə olması barədə
cədvəl Cədvəl 3.
-
Əməkdaşın koduÖlkələrtarixMəqsədH
esabat
001Almaniya03.04.90Səyahət-001Fransa05.04.95ezamiyyət+001Türkiyə20.12.97ezamiyyət+002…Türkiyə…15.06.99…səyahət-
Əgər cədvəl yaradılarkən proqramçı (VB-nin administratoru)
açar sahə verməyibsə, VBİS cədvəldə ilkin açar sahəsinin
verilməsi barədə xəbərdarlıq edir. Cədvəldə ilkin açar
qismində tez-tez sayğac tipli sahələr istifadə olunur. Bu sahədə
iki eynimənalı yazı ola bilməz. Belə ki, bu sahənin mahiyyəti
avtomatik mənimsədilir.
Yuxarıdakı cədvəllərdə “Əməkdaşlar” verilənlər
bazasının nümunəsində “Əməkdaşlar haqqında məlumat
cədvəli” (cədvəl 1) ilə onda olan informasiyanı tamamlayan
cədvəl 2 və cədvəl 3 arasında əlaqə göstərilmişdir.
4. Verilənlər bazası idarə sistemləri
(VBİS), onların məqsədi və təsnifatı. VB-nı
yaradarkən hər hansı bir proqramlaşdırma dilinin mənimsənilməsi
və ya mütəxəssislərin cəlb olunması VB-nın inkişafında bir
qədər ləngimələrə səbəb olurdu. Lakin VBİS-in meydana
gəlməsi ilə bu çətinliklər aradan qalxdı.
4.1. VBİS VB-nin faylları ilə işləmək üçün nəzərdə
tutulmuş xüsusi proqram vasitələridir.
VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə
VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri
idarə edir.
VBİS-in işi ilə Microsoft Access-in
nümunəsində tanış olaq. VBİS
Access-in
obyektləri bunlardır:
1. Cədvəl
- VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz
bu cədvəllərdə saxlanılırlar.
2. Sorğu –
VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır.
Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir,
dəyişdirilir, daha doğrusu emal olunurlar.
3. Forma –
bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış
keçirməyə imkan verən obyektdir.
4. Hesabat –
formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib
şəkildə printerə və ya ekrana çıxarılır.
5. Makroslar –
makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə
olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə
komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir
düyməsinə mənimsədirlər.
6. Modullar –
bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.
4.2. VBİS-in təsnifatı.
VBİS VB- nın üç modelinə uyğun
olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər.
Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar
yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən
qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə
əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil
olan atributlar sayı ilə müəyyən olunur.
Bu gün ən geniş yayılmış VBİS
verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri
ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək
göstəricilərə malik olması ilə əlaqədardır.
VB relyasion idərə sistemləri (VBRİS)
idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə
aşağıdakı kimi təsnifata malikdirlər:
1. Yüksək səviyyəli RVBİS.
Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu
nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə
istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən
nəhəng korporasiyalarda istifadə olunur. Bu
sistemin nümayəndələri: ORACLE7,
ADABAS 5.3.2., SQL SERVER11.
2. Orta səviyyəli RVBİS.
Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və
ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan
verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və
böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase
3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
3. Aşağı səviyyəli RVBİS.
Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə
qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir.
Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə
olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.
4. Stolüstü VBİS.
Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar,
stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə
qoşulmaq üçün istifadə olunurlar.
VBİS-in arxitekturası istifadəçilərin
müxtəlif tələblərini, onların sorğularının yerinə
yetirilməsini, həmçinin fayllardakı verilənlərin təqdimatı və
onlara müraciətlə bağlı daxili tələbləri təmin edir. Bu gün
ümumi qəbul olunmuş yanaşma verilənlərin üç səviyyəli
təsvirini təmin edir:
- xarici model səviyyəsində (istifadəçilərin
müxtəlif sorğularına uyğun);
- məntiqi səviyyədə (predmet sahəsindəki
administratorun və VB administratorunun verilənlərə inteqral
baxışlarına uyğun);
- daxili səviyyədə (sistem proqramçılarının verilənlərə
baxışına uyğun).
5. Verilənlər bazasının yaradılması.
Təşkilati nöqteyi-nəzərdən ixtiyari VB-nin yaradılması iki
müxtəlif mərhələdən ibarətdir:
- layihələndirmə mərhələsi;
- istismar vəə ya istifadəçi mərhələsi.
5.1. Layihələndirmə mərhələsində
baza yaradıcıları, yəni proqramçılar və ya baza
administratorları orada yerləşdiriləcək informasiyanın
tərkibini öyrənir, onu cədvəllərə ayırır, bu cədvəllərin
strukturunu, cədvəllər arası əlaqəni, bazaya ola biləcək
sorğuları, formaları, hesabatları və s. müəyyənləşdirir,
onda yeni obyektlər (məsələn, cədvəl, sorğu, forma və s.)
yaradır, onun strukturunu verirlər. Onlar bazanın strukturunu
işləyir və bazaya daxil olmağa tam hüquqları var. Bir bazanın
bir neçə yaradıcısı
ola bilər.
5.2. İstifadəçi mərhələsində
- baza formaların köməyi ilə informasiya ilə doldurulur (VB-nin
sifarişçisi tərəfindən), sorğular vasitəsilə verilənlərin
emalı və lazım olan nəticənin hesabatlar şəklində alınması
icra olunur. Bir bazanın minlərlə istifadəçisi ola bilər.
BİLİKLƏR BAZASI. EKSPERT SİSTEMLƏR
1. Ekspert sistemlərin məqsədi və
tərifi. 70-ci illərin
sonunda süni intellekt (Sİ) sahəsində çalışan mütəxəssislər
başa düşdülər ki, proqramı intellektuallaşdırmaqdan ötrü
onu predmet sahəsi haqqında yüksək keyfiyyətli xüsusi
biliklərlə təmin etmək lazımdır.
Bu faktın başa düşülməsi xüsusi
proqram sistemlərinin
inkişafına səbəb oldu və bunların da hər biri müəyyən
məhdud predmet sahəsində ekspert kimi istifadə olunmağa
başladılar. Bu proqramlar ekspert sistemlər adlandırıldı.
Ekspert sistemlərin
qurulması texnologiyası bilik
mühəndisliyi
adlanır.
Bu prosesi təşkil edən mütəxəssislər bilik
mühəndisləri
adlanırlar və onlar konkret predmet sahəsinin bir və ya bir neçə
ekspertilə qarşılıqlı əlaqə olurlar. Bilik mühəndisi
ekspertlərdən məsələnin həlli üçün lazım olan proseduranı,
strategiyanı, emprik qaydaları əldə edir və bu bilik əsasında
ekspert sistem (ES) yaradırlar (şəkil 3.).
Sorğular,
problemlər
Evristik qaydalar
Ekspert sistem
Həll üsulları
Şəkil 3. Ekspert sistemin yaradılmasında
ekspertlərdən biliyin alınması.
Tərif.
Ekspert sistemlər konkret predmet sahəsində mütəxəssis
biliklərini özündə əks etdirən və az kvalifikasiyalı
istifadəçilərə qərara gəlməkdə məsləhətçi olan mürəkkəb
kompleks proqramlardır.
Belə sistemlər konkret predmet sahəsində az təcrübəli
mütəxəssislərə qərar qəbul etməkdə dəstək olurlar. Odur
ki, belə sistemlərə bəzən qərarların qəbul olunmasını
dəstəkləyən sistemlər də deyirlər.
2. Ekspert sistemlərin fərqləndirici cəhətləri.
2.1. Aşağıdakı
cədvəldə ekspert sistemlərin adi proqramlardan fərqliliyi
göstərilmişdir (cədvəl 4).
Cədvəl 4.
-
XüsusiyyətlərEkspert sistemdə proqramlaşdırmaƏnənəvi proqramlaşdırmaEmal növüSimvollarlaƏdədiMetodEvristik axtarışDəqiq alqoritmHəll addımlarının verilməsiQeyri-aydın
AydınAxtarılan həllQaneediciOptimalBilikQeyri-dəqiqDəqiq
2.2. Bütün ES-lər biliklərə əsaslanan sistemlərdir (BƏS) və
Sİ proqramıdırlar. Lakin Sİ və BƏS daha geniş anlayışlardır
və buraya ES-dən başqa həm də teoremlərin isbatı, müxtəlif
intellektual kompüter oyunları və s. daxildir.
BƏS konkret predmet sahəsinə aid bilikləri
cəmləşdirən,
məntiqi çıxarışı təmin edən və həll edən intellektual
proqramlardır. BƏS-in 90%-dən çoxu ekspert sistemlərdir (BƏS-ə
həm də intellektual kompüter oyunları auddir). ES-in ən vacib
və digər BƏS-lərdən fərqləndirici cəhəti məhz ekspert
biliklərinə əsaslanan bilik bazasına malik olmasıdır (şəkil
4).
Şəkil 4. ES-in Sİ və BƏS-də “yeri”
2.3. ES-in əsasını ekspert bilikləri təşkil edir. Bəs ekspert
kimdir?
- Ekspert müəyyən predmet sahəsində
mükəmməl biliyə, böyük təcrübəyə malik yüksək
kvalifikasiyalı mütəxəssisdir.
Sual oluna bilər ki, əgər ekspert varsa ES-in yaradılması nə
üçün lazımdır?
Aşağıdakı cədvəllərdə ES-in
ekspertdən keyfiyyətcə üstünlükləri və çatışmamazlıqları
müqayisəli şəkildə verilmişdir (cədvəl 5 və cədvəl 6).
ES-in ekspertdən keyfiyyətcə
üstünlükləri. Cədvəl 5
Ekspert
biliyi
|
ES-in
biliyi
|
Dəyişilə bilən
(müvəqqəti)
|
Daimi
|
Çətin sənədləşən
|
Asan sənədləşən
|
Çətin ötürülən
|
Asan ötürülən
|
Bahalı
|
Xərclərə
dözümlü
|
ES-in çatışmamazlıqları
cədvəl 6.
Ekspert
|
ES
|
Yaradıcı
|
Proqramlaşdırılmış
|
Şəraitə
uyğunlaşan
|
Düzəlişə
ehtiyacı var
|
Hisslərlə
(hiss orqanları ilə) qəbul olunmaya əsaslanır
|
Simvollarla
girişdən istifadə edir
|
Əhatə dairəsinin
genişliyi
|
Dar
istiqamətli, məhdud istiqamətlidir
|
Hamı üçün
əlçatan olan biliklərdən istifadə edir
|
İxtisaslaşmış
biliklərdən istifadə edir
|
3. ES-in blokları.
Şəkil 5-də ES-in
ümumiləşdirilmiş funksional sxemi göstərilmişdir. Göründüyü
kimi ES-lər bir-birilə əlaqəli çoxlu bloklardan ibarətdir.
3.1. Bilik bazası
(BB) problemin həllini əks etdirən faktlar və qaydalardan
ibarətdir. Sonuncular biliklərin təsvir modelinə uyğun olaraq
təşkil olunurlar .
Şəkil 3. ES-in ümumiləşdirilmlş
funksional sxemi
3.2. Verilənlər
bazası bloku həll olunan
problemin cari andakı vəziyyətinə uyğun verilənlərdən, yəni
həll prosesində lazim olan giriş və aralıq verilənlərindən
ibarətdir.
3.3. Nəticə
şıxarma mexanizmi verilənlər
bazasındakı giriş verilərindən və BB-dəki biliklərdən
istifadə edərək elə qaydanı seçir ki, bunun əsasında
problemin giriş verilənlərinə uyğun həlli tapılır.
3.4. İzah
mexanizmi sistemdə həllin
tapılması ardıcıllığını, sistemdən necə istifadə olunması
qaydasını izah edir.
3.5. Aralıq
mexanizm istifadəçi ilə sistem
arasında münasibəti təşkil edir.
4. Biliklər bazası. Biliklərin təsvir
modeli.
4.1. Bilik
- predmet sahəsinin qanunauyğunluqları (prinsipləri, əlaqələri,
qanunları) olub, praktiki fəaliyyət və professional təcrübə
nəticəsində əldə olunur, həmin sahədə mütəxəssislərə
məsələ qoymağa və həll etməyə imkan verir.
Aşağıdakı dörd xüsusiyyət bilikləri səciyyələndirən əsas
cəhətlərdir:
1. Daxili interpretasiya.
2. Strukturlaşma.
3. Bağlılıq.
4. Aktivlik.
Bilikləri üç böyük qrupa bölmək mümkündür.
1. Faktlar (faktiki biliklər);
2. Qaydalar (qərar qəbul olunması üçün biliklər);
3. Metabiliklər (bilik haqqında bilik).
Sİ mütəxəssisləri üçün bilik anlayışı
proqramın özünü intellektual aparması üçün lazım olan
informasiya mahiyyəti daşıyır.
4.2.
ES-in nüvəsini biliklər bazası
təşkil edir. BB ES-in yaradılması prosesində toplanan ekspert
biliklərdən təşkil olunur. Biliyin yığılması və təşkili
ES-in ən vacib cəhətlərindən biridir. Əldə olunmuş biliklər
müəyyən qaydalar formasında ifadə olunmaqla biliklər bazasını
əmələ gətirirlər. Bu biliklərin qaydalar şəklində
formalaşmasında biliklərin təsvir modelindən istifadə olunur.
4.3. Biliklərin təsvir modeli
ekspertlərdən alınmış biliklərin müəyyən qaydalar formasında
təqdim olunmasına xidmət edir.
ES-də biliklərin təsvir modellərinin təsnifatı belədir:
- produksion model;
- semantik şəbəkə modeli;
- freym model;
- formal məntiq modeli;
- relyasion model;
- problem yönümlü modellər.
4.3.1. Produksion model
qaydalara əsaslanan modeldir, bilikləri " Əgər ( şərt),
onda (nəticə)"
tipində təsvir etməyə imkan verir.
Şərt elə bir cümlədir
ki, onun əsasında BB-də axtarış gedir, "nəticə"
isə axtarışın müvəffəqiyyətli gedişində alınan
vəziyyətdir.
4.3.2. Semantik şəbəkə
istiqamətlənmiş qrafdır, onun təpələri anlayışları, xətlər
isə anlayışlar arasındakı münasibətləri ifadə edir. Anlayış
hər hansı abstrakt və ya konkret obyektləri, münasibət isə bu
obyektlər arası əlaqələri ifadə edir.
Semantik şəbəkədə olan münasibətlər:
- "hissə- tam" tipli əlaqələr
(sinif-qrup, element- çoxluq);
- funksional əlaqə ("baş verir",
"təsir edir" və s.);
- kəmiyyət xarakterli
əlaqə (çox, az, bərabər
və s.) ;
- məkan
xarakterli əlaqə (uzaq, yaxın, altında,
üstündə, içində və s.);
- atribut əlaqələr (cəhətlərə
malikdir, mahiyyəti var və s.);
- məntiqi əlaqələr (və, və ya, yox);
- linqvistik əlaqələr və i.a.
Semantik şəbəkə tipli BB-da həllin axtarışı bazaya verilmiş
hər hansı altşəbəkəyə uyğun sorğunu əks etdirən şəbəkə
fraqmentinin axtarışı məsələsinə gətirilir.
Bu model amerikan psixoloqu Kuillian tərəfindən təklif olunub.
4.3.3. Freym model
Marvin Minskinin adı ilə bağlıdır. Freym hər hansı qavranışın
abstrakt obrazıdır. BB-də saxlanılan freym obrazı ilə cari
verilənlər əsasında faktiki vəziyyəti təsvir edən freym
ekzemplərı fərqləndirmək lazımdır.
Freymin ənənəvi strukturu:
(Freymin adı:
( 1-ci
slotun adı: 1-ci slotun mahiyyəti)
( 2-ci
slotun adı: 2-ci slotun mahiyyəti)
( N-ci
slotun adı: N-ci slotun mahiyyəti).
Növbəti mərhələdə hər bir slot özü freym olur və
budaqlanır, odur ki, bu modelə bəzən ağacşəkilli model də
deyirlər.
Məsələn, otağa bir freym kimi baxsaq, onun
slotları aşağıdakılar olar: qapı, pəncərə, döşəmə,
tavan, divar. Növbəti mərhələdə hər bir slota freym kimi
baxıla bilər. Yəni qapıya freym kimi baxılarsa, onun slotları:
taxta, dəmir, şüşə olacaq və s.
4.3.4. Biliklərin təsvirinin məntiqi modeli
produksion modeldəki şərt əlaqələrinin məntiqi ifadəsinə
əsaslanır, daha doğrusu, şərt daxili atributlar bir-biri ilə
məntiqi toplama, məntiqi vurma və s. əlaqə ilə bağlanırlar.
4.3.5. Biliklərin relyasion model təsviri
hər bir obyektin onu səciyyələndirən müəyyən cəhətlər,
göstəricilər, xüsusiyyətlər, bir sözlə, kriteriyalara
münasibətinə əsasan qurulur.
Bəzən bu münasibəti dəqiq ifadə etmək
mümkün olmur və təbii dilimizin linqvistik ifadələrindən (çox,
az, bir qədər, zəif və s.) istifadə etməli oluruq və bu da
bilklərin təsviri üçün qeyri-səlis relyasion modelin
istifadəsini zəruriləşdirir. Bu halda obyektin cəhətləri nə
dərəcədə ödəməsi [0,1] intervalında təyin edilmiş
mənsubiyyət funksiyası ilə ifadə olunur. Bu cəhərlərin,
xüsusiyyətlərin obyektə uyğunluğunu əks etdirən mənsubiyyət
funksiyası relyasion matrisdə təsvir edilir. Matrisin
elementləri fk(x) Î[0,1],
x obyektinin k kriteriyasını nə dərəcədə
ödəməsini, ona nə dərəcədə uyğun
gəlməsini ifadə edir.
5. ES-in təsnifatı
5.1. Yaradılma məqsədindən asılı
olaraq ES
aşağıdakı kimi
klassifikasiya oluna bilərlər.
Cədvəl
7.
Tip
|
Problemin
təsviri
|
Problemin
müəyyənləşdirilməsi
|
|
|
1.
İdentifikasiya ES
|
müşahidə
olunan verilənlərlə bağlı vəziyyətin təyini
|
surətlərin,
dilin, radarlardan alınan siqnalların tanınması
|
|
|
2.
Diaqnostik ES
|
Müşahidə olunan
sistemdə ola biləcək
xətalar əsasında nəticələrin
çıxarılması
|
Xəstəliklərin
diaqnozu, texniki nasazlıqların
müəyyən olunması
|
|
|
3.
İdarəetmə ES
|
Cari
vəziyyətlərin ardıcıl şərhi,
təhlili və idarəedici qərarın
verilməsi
|
dəmiryol, quru,
hava, dəniz nəqliyyatlarının idarə
edilməsi
|
|
|
4.Layihələndirmə
ES
|
Verilmiş
sənədlərə uyğun mürəkkəb konfiqurasiyaların yaradılması
|
Verilmiş
məhdudiyyətlər daxilində predmetin prototipinin yaranması
|
|
|
5.
Proqnoz ES
|
Verilmiş vəziyyətə
görə ehtimal olunan nəticələrin
çıxarılması
|
Havanın, hücum
hərəkətinin təyin olunması, demaqrafik,
ticarət ehtimalları
|
|
|
6.
Planlaşdırma ES
|
Obyekti
müəyyən vəziyyətə gətirən situasuyalar ardıcıllığı
|
Eksperimentlərin
planlaşdırılması, robotun hərəkətinin, obyekti müəyyən
vəziyyətə gətirən situasiyalar ardıcıllığının
öyrənilməsi
|
|
|
7.
Моnitorinq ES
|
Əvvəldən
ortaya şıxmış kritik vəziyyətlərin ardıcıl izlənməsi
|
Əməliyyatdan
sonra xəstənin halının izlənməsi, vəziyyətin əsas
parametrlərinin izlənməsi
|
|
|
8.
Təhsilləndirmə ES
|
Ekspertlərin
təhsil alanlara məsləhətləri, tələbələrin biliklərinin
yoxlanılması
|
Öyrədici
sistemlər
|
|
5.2. İşlənmə səviyyəsinə görə ES
belə klassifikasiya oluna bilərlər.
:
cədvəl 8.
İşlənmə
səviyyəsi
|
Xüsusiyyətlər
|
Təsviri prototip (2-3 ay,
50-100 qayda)
|
Sistem problemin
bir hissəsini həll edir və ES-in yaradılmasının
məqsədəuyğunluğunu göstərir
|
Tədqiqat prototipi (1-2 il,
200-500 qayda)
|
Sistem qane edici
dərəcədə problemin həllini əks etdirir, lakin tam
eksperiment olmadığından hələ tam etibarlı hesab edilmir
|
İşləyən prototip (2-3 il,
500-1000 qayda)
|
Sistem
problemin həllini
lazımınca
əks etdirir,
lakin nəticənin
alınması
zaman baxımından
həqiqi deyil
|
Sənaye sistemi (2-4 il,
1000-1500
qayda)
|
Sistem yüksək
etibarlıq göstərir və sifarişçiyə verilir
|
Ticarət
sistemi
|
ES
təkcə sifarişçi təşkilata (şirkətə) deyil, başqa
istifadəçilərə də satıla bilir.
|
5.3. Biliklərin
paylanma xarakterinə görə
mərkəzləşmiş və paylanmış BB əsasında yaradılan ES
mövcuddur.
5.4. Giriş icazəsinin olmasına görə
ES fərdi və kollektiv ola bilərlər.
6. ES-in yaradılması mərhələləri
aşağıdakı ardıcıllıqla
yerinə yetirilir.
Şəkil 6. ES-in
yaradılması mərhələləri
Mərhələlər.
Mərhələlərin mahiyyəti
1. İdentifikasiya
Problemin xarakterinın öyrənilməsi.
2. Konseptualizasiya
Əsas anlayışların və
onlar arası əlaqələrin müəyyən olunması.
3. Formalizasiya Biliklərin təsviri modelinin
seçilməsi, qaydaların hazırlanması
4. Reallaşma Kompüter proqramının
işlənilməsi, nəticələrin təmini.
5. Eksperiment Alınan
nəticələrin adekvatlığının yoxlanılması.
1, 2 və 3-cü mərhələlər bilik mühəndisi, 4-cü mərhələ isə
proqramşı tərəfindən icra olunur. Eksperiment mərhələsində
ilk öncə proqramın düzgün işləməsi yoxlanılır və sonra
eksperimentlər o vaxta qədər keçirilir ki, alınan nəticənin
reallığa adekvatlığı ekspertləri qane etsin.
İlk zamanlar bir ES-in yaranmasına 20-30 il
tələb olunurdu. İndi isə bu sistemlərin yaradılmasını
tezləşdirən üsullar, instrumental vəsitələr mövcuddur. Bu
məqsədlə istifadə olunan instrumental vəsitələr bunlardır:
1) Simvolik proqramlaşdırma dilləri: LİSP,
İNTERLİSP, SMALLTALK;
2) Bilik mühəndisliyi dilləri: OPS-5; LOOPS, proloq, KEŞ;
3) ES layihəsini avtomatlaşdırmağa imkan verən sistemlər: KEE,
ART, TETRESTAS, AGE, TİMM.
Z.Q.CƏBRAYILOVA
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun sektor müdiri
Hiç yorum yok:
Yorum Gönder