7 Mayıs 2014 Çarşamba

Korpus (Sistem bloku)



Fərdi kompüterin korpusu aşağıdakı funksiyaları yerinə yetirir:
- O, kompüterin sistem blokunun hissələrdən yığılması zamanı daşınan hissədir.
- Onun ayrılmaz hissəsi qida blokudur ki, bu da elektrik şəbəkəsinin dəyişən gərginliyini kompüterin
korpusunda yerləşən bütün qovşaqlarının fəaliyyətini təmin edən daimi gərginlik toplusuna çevirir.
- O, hissələri toz və nəmdən, həmçinin arzuolunmaz mexaniki təsirlərdən qoruyur.
- Korpusun panelinin ön hissəsində müxtəlif indikatorlar, dəyişdirici açarlar və düymələr yerləşir.
2.2. Korpusların əsas tipləri
1. SlimLine 2. Desktop 3. Tower (Mini Tower/ Midi Tower/ Big Tower)
4. ATX - 1995-ci iyulunda Intel korporasiyası tərəfindən PC-in korpusunun konstruksiyası (və uyğun olaraq ana platanın form-
faktoru ) üçün yeni spesifikasiya təklif olunub. Hal-hazırda bu spesifikasiya bütün aparıcı PC istehsalçıları tərəfindən qəbul olunub.





Qida bloku (QB)
Qida bloku (QB) istənilən avadanlığın ən vacib hissələrindən sayılır və kompüterlər də burada istisna
deyil. « Yaxşı qida bloku – bütün sistemin əsasıdır
» Qida blokunun əsas vəzifəsi - şəbəkənin 220-240 V
gərginliyini kompüterin konstruktiv elementlərinin qidalanma gərginliyinə +12, +5, +3,3 V keçirməkdir.
Əvvəllər bunun üçün elektrik qüvvəsindən istifadə edən transformatorların əsasında işləyən qida blokları
tətbiq olunurdu. Müasir qida bloklarının bu cür antikvar qurğular qarşısında üstünlüyü onların çəkisidir.
Bu gücə malik tək belə bir transformatorun çəkisi 5 kq-dır, müasir impulsiv qida bloklarının çəkisi isə
cəmi 900 qramdır.
250W/ 300W/ 400W/ 500W
Yaxşı qida blokunu pis qida blokundan necə ayırmaq olar?
1. Məsələn, qiymətinə görə. Yaxşı qida bloku 20$-dan aşağı ola bilməz. Yüksək keyfiyyətli 40-60$
dəyərindədir. Baxmayaraq ki, bəzən yüksək qiymət yüksək keyfiyyətə zəmanət vermir.
2. İstehsalçı firmaya görə. Fərz edək ki, eyni qiymətlə sizə Codegen-dən və ya Antec-dən QB əldə etməyi
təklif edirlər, hansını seçərsiz? Əgər bilmirsizsə, o zaman xülasəni oxuyun!
3. Çəkisinə görə! Directon.com saytında aparılan adi müqayisələrdən göründüyü kimi QB-nın keyfiyyəti
və çəkisi arasında düz proporsional asılılıq mövcuddur ki, bunu da izah etmək asandır. Ucuz QB-da
istehsalçılar mümkün qədər qənaət etməyə çalışırlar: sxemi sadələşdirir, radiatorların sahəsini kiçildir,
keyfiyyətli və böyük elektroliz kondensatoları kiçik və ucuzları ilə əvəz edirlər, ən xoşagəlməz hal odur ki,
ən çox nazik və QISA naqillərdən istifadə edirlər...

Hiç yorum yok:

Yorum Gönder