10 Haziran 2014 Salı

Komputerlə tanışlıq

Komputerlerin yaranması və tarixi

Komputerlər insanın düşüncə gücünün bir məhsuludur.Bir komputer istifadəçidən aldığı verilənlərlə riyazi və məntiqi əməliyyatları böyük sürətlə yerinə yetirən,aparılan əməliyyatların nəticəsini yadda saxlaya bilən və bilgilərə istənilən anda müraciət edilə bilən elekton hesablama maşınıdır.bu əməliyyatlar aparılarkən verilənlər daxil edilir,emal olunur,yadda saxlanılır və sürəti çıxarıla bilir.





Komputer termininin meydana gəlməsi 1800 cü illərdə ingilis riyaziyyatçısı Charles Babbage tərəfindən fərq cihazı adı verilən çalışma ilə başladı.Bugünki komputerlərin iş prinsipinin əsaslandığı ikilik say sistemi 1854 cü ildə riyaziyyatçı George Boole  tərəfindən kəşf olunmuşdur.

1937 ci ildə İBM firması üçün çalışan,Harvard universteti müəllimlərindən  Hovard Aiken və Brounun Mark 1 adlı insan müdaxiləsi olmadan çalışan ilk avtomatik komputerin dizaynı həyata keçirildi.Bu komputer dəlikli kağız lentlə çalışan,4 əməliyyat yerinə yetirə bilən,verilənləri qarşılaştıran və yadda saxlayan xüsusiyyətlərə sahib idi.

1945 ci ildə elektron lampalardan ibarət ENİAC adlı komputerlər Pensilvaniya universitetində hazırlandı.ENİAC 30 ton ağırlığında,20 000 vakum balonlarından ibarət nəhəng bir cihaz idi.1945-1959 illəri arasında hazırlanan birinci nəsil komputerlər elektron lampalarından ibarət idi,tranzistorun icadı ilı ikinci nəsil komputerlər hazırlanmışdır.İnteqrasiya şəbəkə texnologiyasının inkişafı ilə üçüncü nəsil komputerlər hazırlanmağa başlanmışdır.1981 ci ildə  İBM firması DOS sistemli  ilk fərdi komputeri hazırladı.1990 illərindən sonra bu günə qədər komputer texnologiyasi çox böyük sürətlə inkişaf edib həcm olaraq kiçik,sürət,yaddaş və texniki xüsusiyyətlər olaraq böyük cihazlara çevirildilər.

Komputerlər həyatımızda hər sahədə geniş istifadə olunan elektron hesablama maşınıdır.Komputer özü heçnə edə bilməz,o yalnız istifadəçinin verdiyi əmrləri yerinə yetirir.
Komputer verilən əmrlərlə çox sayda və qarışıq informasiyaları qısa bir vaxtda doğru şəkildə emal edən,yadda saxlayan və lazım gəldikdə informasiyanı qaytara bilən elektoniki və mexaniki hissələrdən təşkil olunmuşdur.


Komputerin funksiyaları

Komputerin əsas funksiyalarını belə sıralamaq olar:

Giriş əməliyyatları:Komputerə informasiyanın daxil edilməsini həyata keçırən əməliyyatdır

Riyazi və məntiqi əməliyyatlar: Vurma,toplama,çıxma,bölmə,qüvvətə yüksəltmə kimi riyazi əməliyyatlar aparar.Həmdə verilənlərin qarşılaşdırılmasına əsaslanan məntiqi əməliyyatları yerinə yetirər.

Çıxış əməliyyatları:Daxil edilmiş və emal olunmuş informasiyanın istifadəçiyə çatdırılmasını təmin edən əməliyyatdır
Verilənlərin saxlanması:Proqram və verilənləri yaddaşda saxlayaraq daha sonra istifadə olunmasını təmin edir.

Komputerin tərkib hissələri

Komputerlərin ən geniş yayılmış növü fərdi komputerlərdir (qisaca PC).Fərdi komputerlərdən başqa birdən çox insana xidmət edən Mainfrrame və vörkstation komputerləridə vardır.Bunlar böyük sistemlərdir və tərkibində onlarla komputer mövcud ola bilər.

Komputerlər 2 hissənin birlikdə çalışmasilə xidmət göstərə bilərlər.Bunlar qurğu təminatı və proqram təminatıdır.Bu 2 hissə heçbir zaman təklikdə çalışa bilməz.
Bir komputer əsasən 2 hissədə analiz edilir:

Qurğu təminatı(Hardvare): Komputerin fiziki və elektroniki quruluşunu əmələ gətirən qurğular Hardvare adlanır.Ekran,klaviatura,sıçan,şinlər,printer,anakart,yaddaş,disk,disket,cpu və s hardvare parçalardır.

Proqram təminatı(softvare):Komputeri işlə salmaq və nəticələrin əldə olunması üçün fiziki qurğuları idarə etmək üçün hazırlanan proqramların hamısına proqram təminatı deyilir.Qısaca informasiyanin emalını  həyata keçirən üsullar toplusudur.

Hiç yorum yok:

Yorum Gönder