9 Ocak 2015 Cuma

Kommunikasiya vasitələri

Verilənləri kanal vasitəsilə göndərmək üçün istər fiziki, istərsə də simsiz
daşıma vasitələri, yaxud transmissiya vasitələri [transmission media] lazım olur.


Fiziki vasitələr. Verilənləri daşımaq üçün fiziki vasitələrin bir neçə növü var:

• Sarınmış cütlük kabeli [twisted-pair cable]. Telefon sistemlərinin əksəriy yə tində istifadə olunan bu kabel çox
ucuzdur. Bu kabel bir-birinə sarınmış iki ay rıca izolyasiya
olunmuş naqildən ibarətdir (şəkil 2.2). Naqillərdən biri
siqnalı daşıyır, o biri naqil isə yerlə əlaqələndirilir.
Yerlə əlaqələndirilmiş (torpaq lanmış) naqil radio-maneələri
“udur” və bununla da o biri naqillə ötü rülən siqnalı
qoruyur.

Koaksial kabel [coaxial cable]. Əsasən televiziya sə na ye sində istifadə olunan
bu növ kabellər kompyuter şəbəkələrində də geniş yayılıb. Koaksial kabel iki
naqildən: silindrik formalı ekrandan və onun içə risində izolə edilmiş mərkəzi teldən ibarət olur
. Koaksial kabeldən keçən siqnallar qonşu keçiricilərə, digər elektrik qurğularının yaratdığı maneələr
isə koaksial kabeldən keçən siqnallara təsir etmir.
Gös tə rilən üstünlüklərinə baxmayaraq, bu kabellər
sarınmış cüt lük kabellərinə nisbətən baha dır.
Fiber-optik kabel [fiber-optic cable]. Fiber-optik kabel (optik lif kabeli) nazik,
elastik şüşə borucuqlardan hazırlanır (şəkil 2.4). Bu kabellərin ənənəvi metal
rabitə xətlərindən bir sıra üstünlükləri var. Buraxılış
zolağının eni çox böyük olduğundan, o, daha çox verilənləri daşıya bilir; o, metal naqillərə nisbətən daha
yüngüldür və maneələrə daha az həssasdır. Fiber-optik
kabellərin əsas ça tış maz lığı onların kövrək və baha
olmasıdır.
Simsiz vasitələr. Hal-hazırda verilənləri daşımaq
üçün fiziki vasitələr ilə yanaşı, simsiz vasitələrdən də geniş ist i fadə olunur.
Radiosiqnallar [radio signals]. Radiosiqnallar vasi təsilə ötürülmə zamanı
ötürücü və qəbuledici arasında görünüş xəttinin olması vacibdir; belə ki, siqnal
bir mənbədən o birisinə düz xətt boyunca ötürülür. Radioveriliş üçün siqnalları
gön dərən radioötürücü aparatın və siqnalları qəbul edən radioqə buledicinin
olması lazımdır.
Mikrodalğalar [microwaves]. Mikrodalğalı siqnallar fəzada elektromaqnit dal-
ğaları formasında yayılır. Radiosiqnallar kimi, onlar da bir mikrodalğa stan si yasından digərinə düz xətt üzrə göndərilir Maneələrdən qaçmaq üçün
mik rodalğa stansiyalarının əksəriyyəti yüksəkliklərdə, yaxud hündür bi naların
başında quraşdırılır.

Peyk rabitəsi vasitələri [satellite transmissions]. Rabitə peykləri orbitdə Yerin
səthindən on minlərlə kilometr məsafədə hərəkət edir. Belə yüksəklik peykə
Yerlə eyni sürətlə fırlanmaqla Yer səthindəki bir nöqtə üzərində sabit mövqe
saxlamağa imkan verir. Peykdəki avadanlıqlar
Yerdən göndərilən siqnalları gücləndirir və
onları yenidən Yerə qaytarır
Şəbəkə qurarkən bu kommunikasiya vasitələ -
rindən hər hansı birini seçmək üçün bir neçə
amili – şəbəkənin növünü, ölçüsünü (miqyasını)
və onun maya dəyərini nə zə rə almaq lazımdır

Hiç yorum yok:

Yorum Gönder