Internetin əsasları
1969-cu
il tarixindən etibarən Amerika Birləşmiş Ştatları
Internetin əsasını
qoydu. Bu zaman bir qrup alim kompüterlərin şəbəkələrə
birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır.
Tədqiqat ABŞ-ın
Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency
(ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən
maliyyələşdirilmişdir.
Şəbəkə
bir tərəfdən hərbi sənaye sahəsində elmi tədqiqatlara təkan
verməli, digər tərəfdən, məsələn, raket-nüvə zərbəsi
endirilərkən, yaxud aviasiya bombardmanı
zamanı
zədələnməyə dayanıqlı
və bu şəraitdə normal fəaliyyətini davam etdirməyə qabil
şəbəkələrin qurulması
metodlarının
tədqiqat obyekti olmalı
idi. Bu ideyalar Massaçusets
Texnologiya İnstitutundan
C.Liklayderin “Man-Computer Symbiosis” (İnsan-Kompüter
simbiozu) (1960-cı
il), “Qalaktika şəbəkəsi” (1962-ci il) və “The Computer
as a Communication Device”(Kompüter əlaqə qurğusu
kimi) (1968-ci il) məqalələrində öz əksini tapmışdır.
1961-ci ildə Kaliforniya Universitetinin professoru Leonard
Kleynrok informasiyanın paket prinsipi ilə ötürülməsinin ilk
işini (”İnformation Flow in Large Communication Nets”) çap
etdirir. Bu işində o, qlobal informasiya şəbəkələrinin
qurulmasının başlıca prinsipini formalaşdırır:
informasiyanı müəyyən zaman müddətində, müxtəlif sayda
aralıq bəndlərindən keçməklə, böyük məsafəyə göndərmək
üçün verilənlər kiçik paketlərə ayrılmalı və bir-birindən
asılı olmadan ötürülməli, yalnız son məntəqədə qəbul
edici tərəfindən bir yerə yığılmalıdır.
ARPANET
layihəsi çərçivəsində iş paketlərin kommutasiyası
ilə şəbəkələrin yaradılmasına
əsaslanır.
Bu şəbəkə növündə informasiya (məsələn xəbər) böyük
olmayan paketlərə bölünür, həmin paketlər təyin olunmuş yerə
çatana qədər səmərəli marşrut seçərək bir-birindən asılı
olmayaraq müxtəlif şəbəkələrdə yerini dəyişir. Sonda bütün
paketlər final nöqtəsinə çataraq yenidən birləşərək ilkin
formanı alır. Bütün kompüterlərin eyni hüquqlu olması
informasiyanın konkret bir kompüterdən asılılığını aradan
qaldırır. Bu texnologiya hətta müharibə vaxtı
belə kommunikasıyaların
işinin kəsilməsinə təminat verirdi. Əgər kommunikasiya
xəttinin bir hissəsi sıradan
çıxarsa,
böyük olmayan paketlər digər işləyən xətlərə ötürülə
bilər.
ARPANET
sistemi uzaq məsafədə olan kompüter mərkəzləri ilə əlaqələri
yaradırdı.
Bu sistem elektron poçtunun göndərilməsi və informasiya
mübadiləsi üçün istifadə olunurdu. Sistem inkişaf edərək,
1983-cü ildə iki şəbəkəyə, ARPANET və MİLNET
şəbəkələrinə bölünür. MILNET səbəkəsi hərbi məqsədlər,
ARPANET şəbəkəsi isə elmi tədqiqatlar məqsədi üçün nəzərdə
tutulurdu. İki
şəbəkə arasında
informasiya mübadiləsi imkanı
yaranır
və bu birləşmə Internet adı
ilə tanınır.
1980-ci ildə
yeni şəbəkələr meydana
gəldi. Məsələn, BITNET (Because It’s Time Network), CSNET
(Computer Science Network) şəbəkəsi hesablama texnikası
və proqramlaşdırma
üzrə tədqiqatçıları
birləşdirirdi. Sonralar bu şəbəkələr Internetə daxil oldu.
İnternet qlobal şəbəkədə
birləşmiş milyonlarala kompüterləri, proqramları, verilənlər
bazalarını, fayl və insanları birləşdirən şəbəkələrdən
ibarət şəbəkədir.
İnternetə qoşulma qaydaları
Kompüter şəbəkələri
arasında əlaqələr: telefon xətləri, elektrik kabelləri,
optiklifli kabel və radio əlaqə vasitəsilə yerinə yetirilir.
Əlaqə xəttinin əsas göstəricisi informasiyanın maksimal
ötürülməsi surətidir .Əsasən ucuz qiymətə başa gəldiyi
üçün telefon xətlərindən istifadə edilir.
Qovşaq
kompüterlərarası əlaqə üçün telefon xətlərindən və ya
radioəlaqədən istifadə edilir. Şəbəkənin əlaqələndirdiyi
kompüterlər bir-birindən uzaq olmadıqda onları kabellərlə
birləşdirmək olar .Son illər İnternet şəbəkəsində sputnik
radioəlaqədən istifadə olunur.
Əsasən
abonentlər şəbəkəyə öz provayderlərini telefon xətti ilə
əlaqələndirməklə qoşulurlar. İnformasiyaları əlaqə kanalı
ilə ötürmək üçün onu əlaqə xəttində ötürülən siqnallar
formasına çevirmək lazım gəlir. Bunu yerinə yetirmək üçün
kompüterə xüsusi qurğu – şəbəkə adapteri qoşulur. Kabeli
və ya optiklifli adapterlərdən istifadə olunur. Adapter ana
platanın üzərində yerləşdirilir və kabellər vasitəsilə
digər kompüterin adapteri ilə əlaqələndirilir.
Telefon
xətləri ilə əlaqələnən qlobal şəbəkələrdə modemdən
istifadə olunur. Modem –
“modulyator/demodulyator”
sözlərinin 1-ci hecalarından yaranmış və kompüterlərin
telefon xətti vasitəsi ilə informasiya mübadiləsi etməyə imkan
verən qurğudur. Modem informasiyaları kompüterin ikilik kodundan
telefon siqnallarına və əksinə çevirir. Bununla yanaşı digər
funksiyaları da yerinə yetirir. Modemin əsas xarakteristikası
onun verilənləri ötürmə sürətidir. Qeyd edək ki ,
informasiyanın ötürülmə sürəti modemlə yanaşı telefon
xəttinin keyfiyyətindən də asılıdır. İstifadəçi öz
kompüterindən İnternetə qoşulmaq üçün “İnternet
Servis Provayder” (İSP)
xidmətlərini təklif edən şirkət - provayder
(ingiliscə - təchiz edən) ilə xüsusi razılaşması olmalıdır.
Azərbaycanda əsas provayderlər “AzEvroTel”, “AzTelecom”,
“Bakinter.net”, “İntrans”, ”Azerin” və s.
Şəbəkələrdə
müxtəlif texniki və informasiya təminatı
istifadə edilir və buna görə də şəbəkələrin abonentləri
arasında
hamı
üçün eyni olan ümumi qaydalar qəbul edilməlidir. Bu
qaydalar təyin edilmiş standartlarda öz əksini tapır.
Hər hansı
bir yeni texnologiya o zaman «qanuni
statusa» malik olur ki, onun məzmunu müəyyən standartlar
çərçivəsinə daxil olsun. Belə standartlar şəbəkə
protokolları
adlanır.
OSI modeli
1983-cü
ildə Beynalxalq standartlaşma institutu tərəfində şəbəkələrin
qarşılıqlı
əlaqələrin əsası
olan model yaradıldı.
Bu model OSI (Open System Interconnection) (Qarşılıqlı
əlaqəli açıq
sistem) adlandırılaraq
müasir kompüter şəbəkələrinin əsasını
təşkil edir.
OSI modeli
acıq
sistemlərin qarşılıqlı
əlaqələrinə xidmət edərək, sistemin müxtəlif əlaqə
səviyyələrini təyin edir, onlara standart adlar verərək hər
bir səviyyədə hansı
funksiyanı
yerinə yetirməsini göstərir.
OSI
modelində hər bir qarşılıqlı
əlaqə vasitələri 7 səviyyəyə bölünür.
-
Fiziki səviyyə (Physical layer)
-
Kanal səviyyəsi (Data Link)
-
Şəbəkə səviyyəsi (Network layer)
-
Nəqliyyat səviyyəsi (Transport layer)
-
Seans səviyyəsi (Session layer)
-
Təqdimetmə səviyyəsi (Prezentation layer)
-
Tətbiqi səviyyə (Application Layer)
Fiziki
səviyyə fiziki əlaqə kanalında
informasiyanın
(bitlərin) ötürülməsi ilə xarakterizə olunur. Fiziki əlaqə
kanalı
kimi, koaksal
kabel, burulmuş qoşa kabel, optovalokon kabel və s.nəzərdə
tutulur. Bu səviyyədə elektrik siqnallarının,
məsələn gərginlik və ya cərəyanın
ötürülmə siqnallarının
səviyyəsi, kodlaşdırma
tipi, siqnalların
ötürülmə sürəti və s. təyin edilir.
Kanal
səviyyəsinin funksiyası rabitə
kanalında giriş-çıxış informasiyasının idarəsindən
ibarətdir. Bu səviyyədə ötürülmə mühiti, səhvlər təyin
edilir və səhvlərin düzəlişi yoxlanılır.
Bunun üçün informasiya bitləri kadrlarda (frame) qruplaşdırılır.
Kanal səviyyəsi hər bir kadrın
düzgunlüyünü təyin edir. Kadrların
yoxlayici cəmini hesablayaraq onu hər bir kadrın
sonuna əlavə edir. Qəbuledicidə yoxlayıcı
cəm hesablanır.
Onlar eyni olduqda informasiya qəbul edilir. Səhvlər təyin
edildikdə isə ötürmə təkrar icra olunur.
Şəbəkə
səviyyəsi bir necə şəbəkəni
birləşdirən vahid nəqliyyat sisteminin yaradılmasına
xidmət edir. Şəbəkə səviyyəsi xəbərlərin ötürülməsində
düzgün istiqamətin secilməsini təmin edir. Şəbəkələr öz
aralarında
marşrutizator (roter) adlanan xüsusi qurğu
vasitəsi ilə birləşdirilir. Marşrutizator şəbəkələr arası
əlaqələrin topologiyası
haqqında
informasiyanı yığaraq
onun əsasında
paketləri təyin olunmuş şəbəkəyə göndərir. Xəbəri bir
şəbəkədən (ötürücudən) digər şəbəkəyə (qəbulediciyə)
göndərilməsi üçün şəbəkələr arası
müəyyən miqdar tranzit ötürmələrdən (hop-siçrayış)
istifadə edilir. Bu zaman hər dəfə müvafiq marşrut seçilir.
Beləliklə ümumi marşrut paketlərin keçdiyi marşrutizatorların
ardıcıllıgından
ibarət olur. Daha optimal yolun seçilməsi marşrutlaşdırma
adlanır
və onun həlli şəbəkə səviyyəsinin əsas məsələlərindən
biridir. Çox zaman marşrutun seçilmə kriteriyası
kimi verilənlərin ötürmə vaxtı
qəbul edilir. Bu isə kanalın
buraxma qabiliyyəti və trafikin intensivliyindən asılı
olur. Şəbəkə səviyyəsi müxtəlif texnologiyaların
uyğunlaşması,
böyük şəbəkələrin ünvanlarının
sadələşdirilməsi kimi məsələləri də həll edir.
Şəbəkə
səviyyəsində xəbər paket adlanır.
Bu zaman qəbul edənin ünvanını
böyük hissəsi - şəbəkənin nömrəsi və həmin şəbəkədəki
qovşağın
nömrəsindən ibarət olur. Eyni şəbəkənin bütün qovşağlarının
ünvanlarının
böyük hissəsi eyni olmalıdır.
Şəbəkə səviyyəsində 2 tip protokollar təyin edilir. 1. Şəbəkə
protokolları
paketlərin şəbəkələrdə hərəkətini həyata keçirir., II
marşrutlaşdırma
protokolların
köməyi ilə marşrutizatorlar (roterlər) şəbəkələrarası
birləşmələrin topologiyası
haqqında
informasiya yığırlar.
Nəqliyyat
səviyyəsi tətbiqi və seans
səviyyələrinə verilənlərin tələb olunan etibarlı
dərəcədə ötürülməsini təmin edir. Bu məqsədlə şəbəkə
proqram təminatının nəqliyyat obyektləri ötürülən obyektdəki
məlumatları paketləşdirir və qəbuledici obyektdə həmin
paketlərdən məlumatı çıxarır. Bundan əlavə nəqliyyat
səviyyəsi müxtəlif şəbəkə səviyyələrini uyğunlaşdırır.
Seans
səviyyəsi -dialoqun idarə
edilməsini təmin edir, cari anda aktiv tərəfi qeyd edir,
sinxronlaşdırma
vasitələrini təqdim edir. Bu səviyyənin funksiyası
tətbiqi səviyyə ilə birləşmişdir. Rabitə seansı təşkil
olunduqda digər obyektə daxil olmaq üçün aşağı obyektin
səlahiyyəti yoxlanılır.Bu səviyyə bir neçə xidmət
siniflərinə (A, B, C və D) malikdir.
Təqdimetmə
səviyyəsi - informasiyanın
məzmununu dəyişdirmədən onun təsvir olunma formasını
təyin edir. Bu səviyyənin vasitəsi ilə bir sistemin tətbiqi
səviyyəsindən digər sistemin tətbiqi səviyyəsinə
informasiyanın
təqdim edilməsi aydın
formada olur. Beləliklə təqdimetmə səviyyəsi verilənlərin
mübadiləsi üçün eyni sintaksis seçir. Təqdimetmə səviyyəsi
tətbiqi səviyyədə olan obyektlərə (istifadəçə və
proqramlar) ötürülən informasiyanın çevrilmə (şirifləmək,
sıxmaq, şifri aydınlaşdırmaq) üsullarını göstərir.
Tətbiqi səviyyə –
bu səviyyəyə istifadəcinin fayllara, printerlərə, hipermətnli
Web səhifələrə və s.müraciətinı təmin edən protokollar aid
edilir.
İnternetdə ünvanlaşdırma (TCP/IP protokolu)
Kompüter
şəbəkələrində standartlaşmanın
əsasını
şəbəkə qarşılıqlı
vasitələrinin yaradılmasında
coxsəviyyəli yanaşma təşkil edir.Beləliklə sistemin
qovşaqlarının
qarşılıqlı
əlaqəsi üçün müxtəlif səviyyələrdə protokollar istifadə
edilir. Protokol
müxtəlif qovşaqlarda eyni səviyyədə şəbəkə komponentləri
ilə mübadilə edən xəbərlərin ardıcıllığını
və formatını
təyin edən qaydalardır. Sadə dildə desək,protokol – şəbəkədə
kompüterlərin bir-biri ilə ünsiyyət dilidir.
Şəbəkələrin
qovşağlarınla
və bütün səviyyələrində onların qarşılıqlı
əlaqəsini ieararxik təşkil edən protokol yığını
protokollar steki adlanır.
İnternetdə
əsas protokol TCP/IP protokoludur. Bu protokollar steki aşağı
səviyyədə fiziki və kanal səviyyələrinin yuxarı
səviyyədə tətbiqi səviyyənin protokollarını
(FTP, Telnet, poçt protokolu SMTP, WWW hipermətn servis xidmətini
və s.) təşkil edir.
Əgər
ayrı-ayrı
kömrüterlər və istifadəçilər üçün identifikasiya sistemi
mövcud olmasaydı,
milyonlarla qovşad kompüteri və milyonlarla istifadəçi arasında
xaos baş verərdi. INTERNET-də hər bir qovşaq kompüteri və
istifadəçi şəxsi ünvana malikdir. Bu ünvanların
funksiyası
analoji olaraq ənənəvi ünvanlara uyğundur.
Onların
əsas təyinatı
insanlara informasiyasının
A nöqtəsindən B nöqtəsinə müvəffəqiyyətlə ötürülməsidir.
Internetdə xəbərlərin ötürülməsi paketlərin komutasiyası
vasitəsi ilə həyata keçir. Xəbər paket adlanan porsiyalara
bölünür. Hər bir paketdə 4 kbaytdan artıq
olmayan informasiya ötürülür. Internetin ayrı-ayrı
hissələri marşuritizatorlarla biri digəri ilə əlaqə yaradır.
Marşrutizatorlar paketlərin haraya göndərilməsi haqda qərar
qəbul edirlər. Yerli alt stansiya onu digər altstansiyaya
göndərir. Bu əməliyyat xəbərin ünvana çatana qədər davam
edir. Səbəkələr arası
IP (İnternet Protokol) protokolu ünvanlaşdırmaya
“cavabdehdir” və şəbəkədə paketlərin hərəkətini təyin
edir. Şəbəkədə IP protokulundan əlavə TCP (Transmission
Control Protokol – Verilənlərin ötürülməsinə nəzarət edən
protokol) istifadə edilir. İP protokolu verilənlərin yalnız
ötürülməsini təyin edir. Bütün prosesi isə TCP protokolu
idarə edir. TCP protokolu xəbərləri porsiyalara bölür. Hər bir
porsiya müəyyən ardıcıllıqla
yerləşdirilməsi və tam informasiyanın
qəbul edilməsi üçün yoxlanılır.
Qəbuledici tərəfdə TCP protokolunun proqram təminatı
paketi toplayaraq onu düzgün ardıcıllıqla
yerləşdirilir. Əgər xəbər
qısadırsa
TCP protokolundan əlavə UDP-User Datagram Protokolundan istifadə
edilir.
Xəbəri
ünvana çatdırmaq
üçün onu ünvanlaşdırmaq
lazımdır.
TCP/IP stekində 3 tip ünvandan istifadə edilir:
lokal
(aparat ünvanıda adlanır),
IP
(Internet protocol)
ünvan və işarə domen adlar DNS
(Domain Name System).
İnternet şəbəkəsinə qoşulmuş hər bir kompüter unikal
ünvana malikdir. INTERNET-də
verilənlərin ötürülməsi üçün rəqəm İP
və işarə tipli ünvanlardan
istifadə edilir. Şəbəkə səviyyəsində
paketlər İP
ünvanlar vasitəsi ilə ötürülür.Bu ünvanlar okted adlanan dörd
baytdan ibarət olurlar. Məsələn, 104.24.74.190.
Belə yazı IP ünvan adlanır. IP ünvanlar
administrator tərəfindən təyin edilir. Ünvanın
1-ci hissəsi şəbəkənin, 2-ci hissəsi isə qovşağın
nömrəsini təyin edir. Şəbəkə nömrəsi
xüsusi Internet mərkəzinin (Internet Network Informasion Center
InterNIC) zəmanəti ilə təyin
edilir. Başlanğıc
ünvan marşrutizatora kompüterin hansı
şəbəkəyə aid olduğunu
göstərir.
Rəqəm
ünvanı
kompüterlərin mübadiləsi zamanı
istifadə olunur. İnsanlar
arasında
çox zaman işarə tipli ünvanlarından
istifadə olunur. Ona görə də şəbəkədə kompüterlərə adlar
mənsub edilir. INTERNET-də kompüterlərin ünvanı
Domen Name System (DNS)
adlanan adların
domen sistemindən istifadə olunur. DNS- İnternetdə işləmə
prosesində istifadəçilərin işini asanlaşdırır. Bu zaman
kompüterə müraciət edərkən qovşağın rəqəm ünvanlarını
yadda saxlamaq lazım gəlmir.
Ümumdünya hörümçək
torunda DNS standartı üzrə yazılmış ünvanlar nöqtə ilə
ayrılmış bir neçə elementdən ibarət olurlar. Bu elementlər
domen adlanır.
İşarə
ünvanları
daha asan yadda qalır.
DNS ünvanı
üç hissəyə (necə ki, ev ünvanlarında
küçə, şəhər, ölkə və s.) bölünür. DNS ünvanın əsas
hissəsi birinci səviyyəli domen adlanıb coğrafi zona və ya sahə
üzrə klassifikasiya olunur.
com
- kommersiya təşkilatları
edu- təhsil
müəssisələri
mil- hərbi
müəssisələr
gov-
dövlət təşkilatları
net - şəbəkə
agentlikləri və ya provayderlər
int -
beynəlxalq təşkilatlar
org - qeyri
kommersiya təşkilatları
Digər ölkələrdə 1-ci
səviyyəli domen kimi həmin ölkənin kodu istifadə olunur.
Məs:
az-Azərbaycan
tr-Türkiyə
de-Almaniya
ru-Rusiya
ch-Isveçrə
uk-
Böyük Briyaniya
fr-Fransa
ca-Kanada
Lokal
ünvanlar qlobal şəbəkə olan
alt şəbəkə çərçivəsində verilənlərin ünvana çatdırılması
üçün istifadə edilir. Lokal ünvanlar MAC ünvanlar adlanır.
Lokal ünvanlar şəbəkə adapteri istehsalçıları
tərəfindən təyin edilir. Bütün mövcud lokal şəbəkə
texnologiyalarında
MAC ünvanlar 6 baytlıq
formata malik olur. Məsələn,
11-AO-17-3D-bc-01.
Kliyent server texnologiyası
Şəbəkədə
istənilən iki obyektin qarşılıqlı əlaqəsi zamanı müəyyən
resurs (servis, xidmət) imkanlarını ayıran və ondan istifadə
edən tərəflər iştirak edir. Resurslardan istifadə edən
kliyent, resursları təmin edən tərəf isə server adlanır.
Ümumiyyətlə, öz resurslarını istifadəçinin öhdəsinə
buraxan uzaq məsafədə yerləşən kompüter ilə bu resursları
istismar edən istifadəçi kompüter arasında informasiyaları
ötürmə mexanizmi kliyent-server sistemi adlanır. Resurs kimi
aparat təminatı (printer, modem, skaner, disk qurğusu və s.),
proqram, fayl, məlumat, informasiya və ya hətta kompüterdə ola
bilər. Bunlara fayl-server, çap serveri, verilənlər bazası
serveri, Veb
server və s. aid etmək olar. Veb
server dedikdə İnternet şəbəkəsinə qoşulmuş və xüsusi
proqram yazılmış kompüter nəzərdə tutulur. Ona başqa sözlə
http-server də deyilir. Server kliyent kompüter sorğusuna cavab
olaraq lazımi Veb-səhifəni
İnternetdən gətirir. İnternet şəbəkələrində daha çox
istifadə edilən serverlər Microsoft İnternet İnformation Server
(Windows əməliyyat sistemi əsasında işləyən), SQL-server (SQL
dilində verilənlər bazasında sorğuların emalı proqramı),
Apache –(UNİX əməliyyat sistemi əsasında işləyən) server
proqramlarını misal göstərmək olar.
Internet brauserlər
İnternetin
resurslarını
müraciyət edən proqramlar - brauzerlər (ingiliscə nəzər
yetimə) yaradılmışdır.
İlk brauser 1993-cü ildə İllinoys Universitetinin Superkompüter
Proqramlarının Milli Mərkəzində Mark Andrissenin başçılıq
etdiyi proqramçılar qrupu Mozaic
brauzerini yaratdılar. 1994-cü ildə Netscape Communications
şirkəti Netscape Navigator
brauserini yaratdı. 1995-ci ildə meydana Micrasoft Internet
Explorer çıxdı. Hazırda Internet Explorer dünyada ən çox
istifadə edilən brauzerdir. Tanınmış brauzerlər içində
Mozilla, Opera, Safari
də vardır. Brauser Veb sənədlərin əsas formatı olan HTML
(Huper Text Markup Language) kodunun dinamik işləməsi və Veb
səhifənin göstərilməsini təmin edir. Brauzer – xüsusi
kliyent proqramı olub, Veb qovşaqlarda yerləşən informasiyaları
və HTML sənədlərini göstərmək üçün nəzərdə tutulub.
İnternetin xidmətləri
Elektron
poçt (e-mail). Hazırda e-mail , ən
geniş yayilmış rabitə xidmətidir . Elektron poçtla siz dünyanın
müxtəlif yerlərindəki insanlarla əlaqə qura bilərsiniz.
İnsanlar bu xidmətdən ənənəvi məktub , telefon, yaxud faks
əvəzi istifadə edirlər. Elektron poçtu uzaq məsafəyə
xəbərlərin ötürülməsini təmin edir. Elektron poçtu
vasitəsilə Internetdə informasiya göndərilir və əldə edilir.
Internetin bu xidməti vasitəsilə müxtəlif ölkələrdə
milyonlarla insan arasında
informasiya mübadiləsi baş verir. Elektron poçtundan faylların,
proqramların
ötürülməsi üçün də istifadə olunur. Internetin xidmətləri
arasında
elektron poçtu ilə əlaqə yaratmaq ən ucuz başa gəlir.
Elektron məktub hazırlamaq
üçün istifadəçi off-line rejimində işləyir. O, poçt müştəri
– proqramının köməyi ilə məktubun mətnini formalaşdırır,
alıcının ünvanını göstərir və məktuba müxtəlif əlavələr
edir. Bundan sonra istifadəçi on-line rejiminə keçir, daha dəqiq
desək poçt-serveri ilə əlaqə yaradır və məktubun göndərilməsi
üçün onu poçta yerləşdirmək əmri verir. Hazırlanmış
məlumat serverə ötürülür və məktubu alan istifadəçi fərdi
kompüterində öz ünvanına baxmaqla onu qəbul edir. Poçt
qutusundan alınmış məktub ya ləğv edilir, ya da saxlanılır.
Poçt serveri periodik olaraq abonentlərin qutularına baxır, daxil
olmuş məlumatların göndərilməsini təşkil edir. MS-DOS üçün
MAİL və WINDOWS üçün isə Outlook Express populyar elektron
poçt müştəri proqramlarından istifadə olunur.
İstifadəçi
@ qovşaq kompüteri, altdomen, I səviyyəli domen.
(elm@iit.ab.az)
İstifadəçi
- bu istifadəçinin adıdır.
Məsələn, elm@ - kommersiya işarəsi istifadəçinin adını
qovşaq kompüterin adından
ayırır.
Ünvanın
2-ci hissəsi (@ işarəsindən sonra) istifadəçinin Internetə
qoşulduğu
kompüterin ünvanını
göstərir. Kompüter ünvanı
bir-birindən nöqtə ilə ayrılan
bir neçə hissədən ibarətdir.
Elektron məktubun qəbul edimiş
formatı başlıq və məlumatdan ibarət olur:
From (haradan): məktubu
göndərən tərəfin elektron ünvanı
To (hara): məktub
göndərilən şəxsin ünvanı
Cc (nüsxə): məktub
göndərilən şəxsin digər elektron ünvanı
Subject: məktubun
mövzusu
Date (tarix): məktubun
göndərilmə tarixi və zamanı (bu sətr avtomatik doldurulur)
Reply To: məktubuna
cavab verilən abonentin elektron ünvanı
Son zamanlara
qədər uzaq məsafədə əlaqə kimi, əsasən, elektron məktublar
təşkil edirdi. E-mail vasitəsi ilə şəkillər, fotoşəkillər,
audio və video yazılardan
istifadə edərək informasiya mübadiləsi etmək olar. Yixarıda
qeyd olunan informasiya fraqmentini göndərmək və ya onları
elektron məktubuna birləşdirmək olar. Fraqmentləri birləşdirən
fayl məktub ilə eyni zamanda göndərilir.
World
Wide Web. WWW-
World Wide Web- ümumdünya hörümçək toru adlanır. Bu
İnternetdə xidmətin informasiya sistemidir. Son zamanlar WWW və
onun proqram təminatı İnternet universal informasiya xidmətləri
vasitələrini müəyyənləşdirir. Onlar istifadəçinin praktik
olaraq FTP, e-mail, , WAIS,Gopher və s. resurslarından istifadə
etməsini təmin edir.
● Web-sayt –
Web-serverdə verilənlər bölməsi olub, hər hansı təşkilat və
şəxsə aiddir. Bu bölmədə istifadəçi özünün
informasiyalarını Web-səhifə ilə əlaqəli çoxluq şəklində
yerləşdirir. Saytın titul səhifəsindən istifadə edərək
göstərici ilə onun müxtəlif səhifələrinə baxmaq olar.
Web-serverə müraciət
edərək istənilən sahifəni tapmaq və onu ekrana çıxarmaqdır.
Lazım olan informasiyanı İnternetdən almaq üçün ən sadə üsul
axtarılan resursun ünvanını göstərməkdir. İnformasiyanı
internetdə saxlamaq üçün URL (Uniform Recource Locator)-
universal ünvanlarından istifadə edilir. URL- ünvanı iki
hissədən ibarətdir: 1-ci (sol) hissə istifadə olunan protokolu
göstərir; 2-ci (sağ) hissə şəbəkənin (uyğun serverin adı)
hansı yerində resursların verildiyini bildirir. Bu hissələr
bir-birindən iki nöqtə ilə ayrılır.
Məsələn,
http://serverin
adı/yol/fayl;
Ünvanlarda
sol tərəfində http:
//- W W W-də
http://WWW müraciəti göstərir.
Bu Hyper Text Transfer Protocol - hipermətn ötürmə protokolu
kimi oxunur.
Bu tip əlaqələri istənilən
W W W serverə müraciət edərkən göstərmək lazımdır.
Bu gün
insanlar İnternet dedikdə ilk növbədə WWW nəzərdə tutulur.
Əslində Web İnternet xidmətlərindən biridir. İnternetdə ilk
xidmətlərindən fərqli olaraq Web özündə mətn, görüntü,
səs, videoklip, animasiya kimi multimedia elementlərini və hətta
birbaşa efirdə xəbərlər və konsertlərin yayımını
birləşdirir. WWW İnternetin əsas xidmətlərindən biridir.
Monitorun seçilmiş sahəsində mausun düyməsini basmaqla bir
sənəddən və ya kompüterdən digərinə keçməyə imkan
verir.WWW-nin proqram təminatından
istifadə edərək kompüterlərin manitorunda mətnlər, qrafiki
təsvirlər, video-audio informasiya meydana çıxır.
Web-İnternetin geniş resurslarına,
şəkil, musiqi kliplərinə və filmlərə müraciəti təmin
edir.Web digər sistemlərdən fərqi olaraq iki xüsusiyyətə
malikdir.Bu multimediya hiper-müraciətinin interaktiv vasitəsidir.
Başqa sözlə desək, «multimediyanın
interaktiv vasitəsi» - Web sistemi sənədlərə, qrafiklərə,
fotoşəkillərə, audio və video yazılara
və s.müxtəlif resurslara müraciəti təmin edərək, onları
kompüterə , stereo səs gücləndiricilərinə çıxmasını
təmin edir.
Hipermüraciət
- İnternetin
müxtəlif resursları
arasında
müraciətdir.
World
Wide Web (Dünyəvi Hörümçək toru)
sözü haradan meydana gəlmişdir . World Wide (dünyəvi) - Web
kompüterlər Internetə qoşularaq bütün dünyanı
təmir edir. Web - ( hörümçək toru) kimi bu kompüterlərdə
informasiyanı
birləşdirir.
Web - qlobal
multimediya kommunikasiya sistemi olaraq, informasiyanın
ötürülüməsinin yeni üsuludur. Hipermətn
- hipermüraciətləri istifadə edən elektron sənəddir. İstənilən
növ sənəd, biznes plan və yaxud bədii əsər və s. hipermətn
ola bilər. Hipermətnlərdə hər hansı
bir söz ilə digər bir infomsiya mənbəyi arasında
əlaqə (hipermüraciət) yaradıla
bilər . Hipermüraciyət
mətndə izahı
tələb oluna bilən sözlər olurlar. Onlar elektron sənəddə
seçilirlər (diqər rənqlə, qalın
şriftlə və s.). İstifadəçi
kursoru həmin sözün üzəri ilə yerləşdirdikdə kursor əl
formasına
çevrilir. Bu zaman mausun sol düyməsini basdıqda
istifadəçi hipermətnə müraciət edir, həmin sözlə əlaqədar
informasiya əldə edir. Hipermediya
- hipermətnin geniş imkanlı
formasıdır.
Hipermediya sənədi qrafika , foto, audio və video yazılar
ilə canlandırır.
Əlbəttə ki, hər hansı
bir şəxs tarixi abidə, elmi əsər və s. haqqında
Web səhifə yaratdıqda
onun istifadə etdiyi qrafika, şəkil , musiqi həmin sənədi daha
effektiv edir . Web-in geniş proqram təminatı
imkan verir ki, hipermediya sənədi digər kompüterlərdə
qorunaraq, müxtəlif müəlliflər tərəfindən yaradılmış
sənədə myraciəti təşkil etsin. Məsələn, müəllif
hipermətnlə məqalə yaradır.
Bu zaman həmin məqaləyə, digər mənbələrdən müraciət
edilir. Həmin müraciət vasitəsilə müxtəlif ölkələrdə
yerləşən kompüterdəki hipermətnlər arasında
əlaqə yaralıdır.
Axtarış
sistemləri vasitəsi ilə
İnternetdə istifadəçiyə lazım olan informasiyanı əldə etmək
olar. Yandex, Rambler, Google,
AltaVista, Toema, WiseNut, Euroseek, Yahoo
və s. axtarış sistemlərini misal göstərmək olar. İstifadəçi
İnternetin bir sıra axtarış proqramlarından (axtarış serveri,
axtarış sistemləri) istifadə edə bilər. Belə sistemlər
müntəzəm olaraq işləyirlər. Xüsusi proqramların köməyi ilə
Web serverlər şəbəkədə məzmunla bağlı məlumatlar toplayır.
Aşağıda populyar axtarış
serverlərin ünvanları verilir:
●http://www.rambler.ru
● http://www.yahoo.com
İstifadəçi İnternetdə
hər hansı bir informasiyanı axtarırsa axtarış sistemlərində
açar sözləri daxil etməlidir. Axtarış bir söz, bir neçə söz
və ya ifadə üzrə icra olunur.
Ana
səhifə (Homepage) - Web -də
işləmək üçün başlanğıc
interfeysdır.
Orada fayllara, sənədlərə və diqər resurslara müraciət
yerləşir.
Çat
xidmətləri Dünyanın ayrı-ayrı
guşələrindəki insanlar öz aralarında ən müxtəlif mövzularda
söhbətləşir. Bunun üçün onlar çat otaqlarından istifadə
edir.Yahoo və Microsoftun çat xidmətləri, İnternet Relay Chat və
www texnologiyası əsasında işləyən çat geniş istifadə
olunur.
. Windows Messenger, Yahoo Messenger
, ICQ kimi proqramlar imkan verir ki, göndərilən məlumatlar ani
olaraq istifadəçinin ekranına çıxsın.
İnternet
geniş resurslar təklif edir. Digər tərəfdən Telenet,
Ftp, Copher, WAIS kimi sistemlər
mövcuddur.
TELNET-
Internet şəbəkəsinə qoşulan digər kompüterlərə daxil olmaq
üçün istifadə olunur. TELNET kompüterlərin klaviaturası
arxasında
əyləşib uzaq məsafədə şəbəkə sistemlərinə (əgər uzaq
məsafədəki kompüterlərin parolu məlumdursa) və yaxud kitabxana
kataloqları
və müxtəlif növ verilənlər bazası
daxil olmaqla açıq
serverlərə müraciət etməyə imkan verir.
File
transfer protocol (faylların
ötürmə protokolu)
ftp-INTERNET-də
faylların
bir kompüterdən digərinə ötürülməsini təmin edir. Bu fayllar
sənəd, fotoşəkil, proqram təminatı
ola bilər. Fayl - serverin ünvanı
ftp//-ilə başlayır.
Dialoq pəncərəsi qarşısında
DİR
yazılanlar
kataloqlar, file yazılanlar
isə fayllardır.
Kataloqlar üzərində mausun sol düyməsini basdıqda
alt kataloq, mətn tipli faylın
üzərində basdıqda
isə onun məzmunu çıxır.
USENET
sistemi (telekonferensiya) informasiya mübadiləsində ümumi
maraqları
olan insanları
telekonferensiya vasitəsilə birləşdirir. Lakin burada elektron
poçtunun əvəzinə xəbərlərin ötürülməsi vasitəsi kimi
yeniliklərin oxunması
xüsusi əlavəsindən də istifadə olunur.
mail to:
elektron poçtu, news: - yeniliklər qrupu (telekonferensiya)
ünvanlarını
daxil etmək üçün istifadə olunur.
Gopher
- serverləri gopher: //sözü ilə başlayır.
Gopher sistemi şəkilsiz və hipermətinsiz www- yə oxşayır.
Telnet:// uzaq
məsafədəki kompüterlə terminal müraciəti təmin edir.
Internet ticarət
xidməti vasitəsi ilə on-line rejimində İnternet vasitəsi ilə
müştərilərdən mal və xidmətlər üzrə sifarişləri qəbul
edilir.Bu xüsusi saytda mal və xidmətlər üçün ödənişlər
elektron ödəmə sistemi vasitəısi ilə həyata keçir. Saytda
komersiya təklifləri qiymətlər pereskurantı təklif olunur. Hər
bir mal və ya xidmətin əsas xüsusiyyətləri bir çox hallarda
isə malın və ya xidmətin fotoşəkili ilə müşayət olunur. Hər
hansı bir mal və ya xidmət müştəri tərəfindən seçildikdə
həmin an saytda sifariş tərtib edilib göndərilə bilər. Bir çox
hallarda sifariş telefon, elektron poçtu, İCQ və s. qəbul
edilir.
Distant təhsil
Distant
tədris sistemi müasir informasiya və telekommunikasiya
texnologiyasına əsaslanan qiyabi təhsil sisteminin yeni inkişaf
formasıdır.
Distant
tədris daha qeniş istifadəçi auditoriyasına malik olmağa,
tədris material və xərclərin yaradılması və istifadə
edilməsində minimum xərclər sərf etməyə,
müxtəlif məkanda olan istifadəçilərlə istənilən zaman
anlarında telekommunikasiya imkanları vəsitəsi ilə əlaqə
yaratmağa və tədrisin yaradılmasına imkan verir.
Təyinatına
görə distant tədris sistemi qenişmiqyaslı və seçim (fraqment)
xarakterli olurlar.
Genişmiqyaslı
tədris sistemi müəyyən ixtisas üzrə mütəxəssislərin,
bakalavrların,
maqistrlərin hazırlanması üçün tədris planının tam yerinə
yetirilməsini təmin edir.
Bu
texnoloqiya tələbələri tədris-metodiki
materiallarla,
müəllim və tələbə arasında,
həmcınin tələbələr arasında interaktiv mübadiləyə
əsaslanır.
Seçim xarakterli tədris sisteminə təkmilləşdirmə kursları,
II
tədrisin alınması,
istifadəçilərə ayrı-ayrı
kurslar üzrə fərdi tədrisin təşkili və s.aiddır.
Distant
tədris sistemi asinxron və sinxron tədris metodlarına ayrılır:
-
asinxron tədris metodunda tələbə tədris müəssəsində uzaq məsafədə tədris-metodik materiallardan istifadə edərək fərdi plan üzrə hazırlaşır.
-
Sinxron tədrisdə tədris müəssəsi dərsləri (mühasirələri, seminarları, konsultasiyaları) müəllim və tələbə arasında real zaman anında təşkil edir. Bu zaman tələbələr eyni vaxtda məsğul olan qrupda və ya distant tədris qrupunda ( müxtəlif auditoriyalarda, müxtəlif şəhər və ölkələrdə) ola bilərlər.
Yuxarıda
göstərilən metodlardan hər biri xüsusi təhsil texnoloqiyasına
–
distant tədris texnoloqiyasına malikdir.
Belə ki,
hər iki metod əlaqədar olaraq bir-birini
tamamlayır.
Distant tədris sistemində müəllim-konsultant
tyutor adlanır.
Tyutor tədris prosesinin tədris-metodik
rəhbərliyini həyata kecirir,
üygun fənn üzrə tələbələrə konsultasiyalar verir,
testlərin nətiçələrini yoxlayır.
Distant
tədris sahəsində bir necə texnoloqiyaları nəzərdən keçirək:
Keys
(inqiliscə
case sözundən)
texnologiyasında tədris-metodik
materiallar komplektləşdirilərək fərdi tədris üçun tələbəyə
verilir (və
yaxudda)
göndərilir.
Bu zaman tyutor tərəfindən təyin edilmiş periodik
konsultasiyalar kecirilir.
TV-
texnologiyası tyutorların konsultasiyaları ilə birlikdə
televiziya mühazirələrindən ibarətdir.
Səbəkə
texnologiyası Internet
səbəkəsi əsasənda yaradılır.
Distant
tədrisin yaradılması çoxsaylı aspektlərə malikdir.
Bunlardan:
-
tədris –
metodoloji
təminat
-
texniki təminat
-
proqram təminatı
-
informasiya təminatı
-
linqvistik təminat
-
təşkilatı təminat
-
hügugi təminat
-
psixoloji təminat və s. göstərmək olar.
Distant tədris
məsələlərinə
-
tədris materiallarının bazası və şəbəkə kurslarının yaradılması;
-
distant tədris komponentlərinin inteqrasiyasının təmin edilməsi;
istifadəçilərlə
interfeysin yaradılması;
-
uzag məsafədə yerləşən laboratoriyaların texniki vasitələrinə müraciət;
-
informasiyanın gorunması;
-
sistemə müraciətdə reqlamentin yaradılması və s.aiddır.
Distant təhsil
texnologiyaları –təhsil prosesini məsafədən aparılmasında
müasir informasiya və telekommunikasiya texnologiyalardan
istifadəsinə əsaslanan təhsil metod və vasitələrin məcmusu,
təhsil prosedurasıdır.
Təhsilin şəbəkə
texnologiyası – yaradılma, ötürülmə və biliklərin
mənimsənilməsinin nəzarət prosesində İnternet şəbəkəsinin
istifadəsinə əsaslanan informasiya texnologiyaları sistemidir.
İnsan cəmiyyətinin
müasir inkişaf mərhələsinin reallığına çevrilən informasiya
və kommunikasiya texnologiyalarının intensiv inkişafı təhsilin
bütün səviyyələrində biliklərin operativ ötürülməsini
təmin etməyə imkan verir. Cəmiyyətin məlumatlandırılması
obyektiv olaraq təhsil praktikasında distant tədris
texnologiyasının tətbiqinə səbəb olur ki, bu da vətəndaşların
təhsil prosesi ilə bağlı problemlərinin həllini mümkün edir.
Belə texnologiyalar
əsasında təhsil sistemi aşağıdakı vacib xüsusiyyətlər
qazanır:
təhsilin açıq və
sadə olması;
maksimal sürətli
təhsil, geniş sahə məsələləri üzrə təhsil alanların
ixtisasının artırılması və yenidən öyrədilməsi;
təhsil
keyfiyyətinin artırılması, aparıcı təhsil ocaqlarında
informasiya resurslarından təhsil prosesində istifadə
mümkünlüyü;
təhsil alma
prosesinin fasiləsizliyi təhsil prosesinin təşkilində maddi
xərclərinin optimallaşdırılması;
Distant təhsil
texnologiyalarının tətbiqi və istifadəsi bu problemin aşagıdakı
istiqamətlərdə həllinin zəruriliyini göstərir:
-
Sistem tərəfindən realizə olunan təhsil texnologiyalarının didaktik aspektləri;
-
Sistem daxilində qurulmuş təhsil prosesinin təşkilinin texnoloji aspektləri;
-
Sistemin istismarının iqtisadi aspektləri
Təhsil prosesində
təhsil alanların müəllimlə və bir-biri ilə interaktiv
qarşılıqlı təsiri təmin edən müxtəlif vasitələr kimi
on-line ünsiyyət vasitələri (çat, video-telekommunikasiya),
off-line ünsiyyət vasitələri (forum, müzakirə, elektron poçt)
istifadə olmalıdır.
Müəllim
tərəfindən hər bir təhsil alanın təhsil prosesinin gedişatının
aktiv idarə olunması altsisteminə istifadəcilərin aktivlik
jurnalının aparılması və analizi daxildir( forum, çat, test və
s. nəticələrinə görə acılmış hesabatların yaranması və
saxlanılması).
Təhsil prosesinin
təşkili nöqteyi nəzərindən sistem aşağıdakıları realizə
etməlidir:
-
Kateqoriyalar üzrə təhsil prosesi iştirakcılarının rol funksiyalarının ayrılması (dinləyici, təşkilatçı tyutor (müəllim), təhsil prosesinin inzibatçıları);
-
Təhsil resursları və sisteminin ,təhsil prosesinin idarə olunması;
-
Virtual qeydiyyat, sifariş və ödəmələr altsistemi;
-
Təhsil prosesinin təqvim tematik planlaşdırılması altsistemi;
Bu zaman planlaşdırma
mümkünlüyü həm qrup üçün realizə olunmalı, həm də ayrıca
təhsil alan üçün də onun individual təhsil traektotiyası
realizə olunmalıdır.
3) Proqram texniki realizasiya
nöqteyi nəzərindən sistem aşağıdakıları təmin etməlidir.
-
Təhsil materialı təqdim olunması və işlənməsi sahəsində müxtəlif texnologiyaların istifadə mümkünlüyü; (Müasir potok, audio və video vasitələr də bura daxildir.)
-
Elmi materialların məzmununun (kontent), standartının, işlənməsi.
Virtual tədris sistemi distant
tədris sisteminin alt sistemidir. Burada məsafə anlayışı əsas
deyil. Tədris xüsusi multimediya proqramları, öyrədici
proqramlar vasitəsi ilə aparılır.
IP telefoniya
İP telefoniya
əlaqə sistemi vasitəsi ilə analoq səs siqnalları bir abonentdən
diskretləşdirilir (rəqəmli formada kodlaşdırılır) , sıxılır
və rəqəm əlaqə kanalları vasitəsi ilə göndərilir. Bu zaman
dekompressiya, dekodlaşdırma və analoq siqnala çevrilərək digər
abonent ilə əlaqə yaradılır. Səs siqnalının paketlər
kommutasiyası vasitəsi ilə ötürülməsi ilk dəfə olaraq
1993-cü ildə həyata keçmişdir. İP telefoniya İP protokolları
vasitəsi ilə abonentlərə telefon danışıqlarının ötürülməsi
xidmətidir. İP telefoniya vasitəsi ilə səs siqnallarını,
danışıqları xüsusi fayl kimi yadda saxlamaq, onların həcmini
sığmaq və s. əməliyyatları içra etməyə imkan verir.
Firudin Ağayev
AMEA İnformasiya Texnologiyaları
İnstitutunun şöbə müdiri
Hiç yorum yok:
Yorum Gönder