9 Haziran 2015 Salı

Operativ yaddaş.

Kompüterin digər əsas elementi onun operativ yaddaşıdır. Mikroprosessorlar emal edəcəyi proqram əmrləri və ilk veril ənləri operativ yaddaş vasitəsilə əldə edir. Operativ yaddaşın mənfi cəhəti kompüter elektrik şəbəkəsindən ayrıldıqda onda olan informasiyanı özündə saxlaya bilməməsidir. Texniki ədəbiyyatlarda operativ yaddaşı çox vaxt RAM (Random Access Memory) adlandırırlar.


Operativ yaddaş digər mikrosxemlərdən fərqli olaraq tranzistorlardan deyil, hər biri tutumu bir bit olan mikrokondensatorlardan yaradılıb.

Operativ yaddaşın tutumu kompüterin işləmə sürətinə təsir edir. Operativ yaddaşın tutumu kifayət qədər olmayanda istənilən informasiyanın mikroprosessor tər əfindən axtarılması üçün mikroprosessor artıq əməliyyatları yerinə yetirməyə məcbur olur. Nəticədə proqramı n yerinə yetirilmə vaxtı uzanır. Bu s əbəbdən operativ yaddaşın tutumu qənaətbəxş olmayanda bəzi proqramlar kompüterdə ya işləməyəcə k, ya da ki, həddindən artı q ağır işlə yəcəkdir. Məsələn, kompüterlərin Windows XP əməliyyat sistemilə işləməsi üçün operativ yaddaşın tutumu minimum128 Mbayt-a bərabər olmalıdır.

Fərdi kompüterlərdə operativ yaddaşın müxtəlif növlərindən istifadə edilir:
Adi yaddaş. Ona bəzən DRAM da deyirlər. Yaddaş istənilən kompüterdə qurula bilər. Onun əsas xüsusiyyəti yaddaşa müraciət etmə vaxtıdır. Bu parametr 60 n.saniyəyə bərabərdir. Qeyd etmək lazımdır ki, 70, 80, 90 və 100 n.saniyəlik yadda şlar da istehsal olunurdu. Amma qeyri-müəyyən səbəblər üzündən onların istehsalı dayandırıldı.

EDRAM yaddaş. Ondan istifadə etdikdə DRAM tipli yaddaşla müqayisədə kompüterin işləmə sürəti orta hesabla 2%
artmış olur. Belə yaddaşlara müraciət vaxtı 70 n.saniyə bərabər hesab edilir.


SDRAM yaddaş. SDRAM yaddaşa müraciət vaxtı çox kiçikdir, təxminən 10-12 n. san-yə bərabərdir. Yaddaşdan istifadə etməklə kompüterin işləmə sürətini 10% artırmaq mümkündür.

1 yorum: