9 Haziran 2015 Salı

Qida bloku

Qidalanma bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator,düzləndirici və ventilyator yerləşdirilmişdir. Transformator şəbəkədən sistem blokuna daxil olan 220 volt gə rginliyi transformasiya edərək müxtəlif qiymətli, gərginliklərə çevirir. Düzləndiricinin vəzifəsi fərdi kompüterin bəzi elementlərini sabit gərginlik ilə təmin etməkdir. Ventilyatordan qidalanma blokunun daxilində yerləşmiş transformatorun və düzləndiricinin iş prosesində qızmasının qarşısını almaq üçün istifadə edilir.Qidalanma blokundan çı xan naqillər dəsti müxtəlif qurğuları gərginliklə təmin etmək üçündür və ana löhvəyə, disk sürüşdürücülərinə birləşdirilir.

Hiç yorum yok:

Yorum Gönder