9 Haziran 2015 Salı

Keş yaddaş

Keş yaddaş (ingiliscə cache). Operativ yaddaşa müraciəti sürətləndirmək üçün kompüterlərdə xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir.

Operativ yaddaş.

Kompüterin digər əsas elementi onun operativ yaddaşıdır. Mikroprosessorlar emal edəcəyi proqram əmrləri və ilk veril ənləri operativ yaddaş vasitəsilə əldə edir. Operativ yaddaşın mənfi cəhəti kompüter elektrik şəbəkəsindən ayrıldıqda onda olan informasiyanı özündə saxlaya bilməməsidir. Texniki ədəbiyyatlarda operativ yaddaşı çox vaxt RAM (Random Access Memory) adlandırırlar.

Mikroprosessorlar.

Mikroprosessor – kompüterin “beyni” hesab edilir və kompüterdə verilənlərin emalını, ötürülməsini və xarici qurğuların idarə edilməsini saniyənin milyonda bir hissəsində təmin edir. Mikroprosessorun əsas xarakteristikası onun işçi gərginliyi, takt tezliyi, takt tezliyinindaxili çoxaltma əmsalı, keş-yaddaşının tutumu və dərəcəliliyidir. Mikroprosessoru işçi gərginlik ilə ana palata təmin edir.

Ana lövhə

Ana löhvə kompüterin ən əsas qurğusudur. Ana plata kompüterin daxili və xarici qurğularının əlaqəli idarəsini təmin edir. Ana löhvənin əsas xarakteristikası formafaktordur. Hər bir formafaktor ölçüsünə, özündə saxlayan elementlərin sayına, elementlərin yerləşmə konfiqurasiyasına, istifadə etdiyi gərginliyə və gərginliyə qoşulma formasına və s. parametrlərə görə fərqlənir.

Qida bloku

Qidalanma bloku metal qutu şəklində sistem blokunun arxa tərəfinə bərkidilir. Qida blokunda transformator,düzləndirici və ventilyator yerləşdirilmişdir. Transformator şəbəkədən sistem blokuna daxil olan 220 volt gə rginliyi transformasiya edərək müxtəlif qiymətli, gərginliklərə çevirir. Düzləndiricinin vəzifəsi fərdi kompüterin bəzi elementlərini sabit gərginlik ilə təmin etməkdir. Ventilyatordan qidalanma blokunun daxilində yerləşmiş transformatorun və düzləndiricinin iş prosesində qızmasının qarşısını almaq üçün istifadə edilir.Qidalanma blokundan çı xan naqillər dəsti müxtəlif qurğuları gərginliklə təmin etmək üçündür və ana löhvəyə, disk sürüşdürücülərinə birləşdirilir.