7 Mayıs 2014 Çarşamba

VİDEOKARTLAR




Monitor kompüterə sistem blokunun içərisində yerləşən xüsusi plata vasitəsilə qoşulur – kənardə yalnız
yuva görünür. Bu platanı videokart (yaxud qrafik adapter) adlandırırlar. Eyni monitor kompüterə ayrı-
ayrı adapterlər vasitəsilə qoşula bilər




.
Qrafik plata (qrafik kart, videokart, videoadapter kimi də adlanır) – kompüterin yaddaşında olan təsviri
monitor üçün videosiqnala çevirən qurğu. Videokart adətən genişlənmə platasıdır və ana platada videokartlar
üçün xüsusi yuvaya (ISA, VLB, PCI, AGP, PCI-Express) bərkidilir, lakin ayrıca qoşulan videokartlar da olur.
Müasir videokartlar sadəcə təsviri ekrana çıxarmaqla məhdudlaşmır, onlarda mərkəzi prosessoru əlavə
tapşırıqlardan azad edən qoşulmuş mikroprosessor var ki, bu da əlavə emalı yerinə yetirir.
IBM PC üçün ilk qrafik adapter 1981-ci ildə buraxılan, yalnız mətni rejimdə 25х80 simvol imkanları ilə
işləyən (fiziki olaraq 720x350 nöqtə) və beş– adi, parlaq, invers, xətli, sayrışan mətn atributuna malik olan
MDA (Monochrome Display Adapter) platası oldu. O, heç bir rəng və qrafik informasiya ötürə bilmirdi,
hərflərin hansı rəngdə olacağı isə istifadə edilən monitorun modeli ilə müəyyən olunurdu, onlar adətən ağ-
qara, sarı və ya zümrüd rəngli olurdu.
VİDEOKARTIN QURULUŞU

Müasir qrafik plata aşağıdakı hissələrdən ibarətdir:
- Qrafik prosessor (GPU) — çıxarılan təsvirin hesablanması ilə məşğul olur və mərkəzi prosessoru bu
vəzifədən azad edir, üçölçülü qrafik əmrlərin emalı üçün hesablamalar aparır. Qrafik platanın əsasını təşkil
edir, bütün qurğunun cəld işləməsi və imkanları məhz ondan asılıdır. Müasir qrafik prosessorlar
mürəkkəbliyinə görə kompüterin mərkəzi prosessorundan heç də geri qalmır, çox zaman tranzistorların sayına
görə onları geridə qoyur. Müasir GPU-nun arxitekturası bir neçə informasiya emalı blokunun olmasını
nəzərdə tutur: 2D qrafikanın emal bloku, 3D qrafikanın emal bloku.
- videokontroller — təsvirin videoyaddaşda formalaşmasına cavabdehlik daşıyır, monitor üçün
siqnalların formalaşması üçün RAMDAC-a əmrlər verir və mərkəzi prosessorun sorğularının emalını həyata
keçirir. Bundan əlavə, adətən verilənlərin xarici şinasının kontrolleri (məsələn PCI və ya AGP), verilənlərin
daxili şinası və videoyaddaş kontrolleri iştirak edir. Daxili şinanın və videoyaddaşın şinasının eni xarici
şinanın enindən çoxdur (16 və 32 dərəcəyə qarşı 64, 128 və ya 256), əksər videokontrollerlərə RAMDAC da
quraşdırılır. Müasir qrafik adapterlər (ATI, nVidia) adətən minimum bir-birindən asılı olmayan və eyni
zamanda hər biri bir və ya bir neçə displeyi idarə edən iki videokontrollerə malik olur.
- videoyaddaş — qrafik prosessor tərəfindən generasiya olunan və daima dəyişdirilən, və monitorun (və
ya bir neçə monitorun) ekranına çıxarılan – rəqəmsal formatda təsvirin saxlandığı kadr buferi rolunu oynayır.
Videoyaddaşda həmçinin, ekranda görünməz aralıq təsvir elementləri və digər verilənlər saxlanılır.
Videokartlar müraciət sürətinə və iş tezliyinə görə fərqlənən bir neçə tipə ayrılır. Müasir videokartlar DDR,
DDR2 və ya GDDR3 tipli yaddaşla komplektləşdirilir.
rəqəm-analoq çeviricisi RAÇ (RAMDAC) — təsvirin, analoq monitora ötürülən rəng intensivliyi
səviyyəsinə çevrilməsinə xidmət edir. Təsvirin mümkün əlvanlıq diapozonu yalnız RAMDAC-ın parametrləri
ilə müəyyən olunur. RAMDAC əsasən dörd əsas bloka malikdir – hər biri rəng kanalına (qırmızı, göy, yaşıl,
RGB) uyğun gəlməklə üç rəqəm-analoq çeviricisi və qamma korreksiya barədə verilənlərin saxlanması üçün
SRAM. RAÇ-nin əksəriyyəti bir kanal üçün 8 bit dərəcəyə malikdir – hər əsas rəngə 256 parlaqlıq səviyyəsi
düşür ki, bu da nəticədə 0987654321
16.7 mln. rəng verir (və qamma korreksiyanın sayəsində ilkin 16.7 mln. rəngi daha geniş rəng məkanında əks
etdirmək imkanı verir). Bəzi RAMDAC-lar bir dəfəyə 1 mlrd. artıq rəngi göstərməyə imkan verən - hər kanal
üzrə 10bit (1024 parlaqlıq səviyyəsi) dərəcəyə malikdir, lakin bu imkan praktiki olaraq istifadə olunmur.
İkinci monitorun dəstəklənməsi üçün tez-tez ikinci RAÇ-si quraşdırılır. Qeyd etmək lazımdır ki, videokartın
rəqəmsal DVI çıxışına qoşulan monitorlar və videoproyektorlar rəqəmsal verilənlərin axınıının çevrilməsi
üçün öz rəqəm-analoq çeviricilərindən istifadə edirlər və videokartlar RAÇ-nin xarakteristikalarından asılı
deyil.
- video-DYQ (Video ROM) — video-BIOS-un, ekran şriftlərinin, xidmət cədvəllərinin və s. yazıldığı daimi
yaddaş qurğusudur. DYQ videokontroller tərəfindən birbaşa istifadə olunmur, ona yalnız mərkəzi prosessor
müraciət edir. DYQ-da saxlanan video-BIOS əsas əməliyyat sistemi yüklənədək videokartın işləmə
vəziyyətinə gətirilməsini və işini təmin edir, həmçinin, iş prosesində videodrayverlə oxuna və izah edilə bilən
sistem verilənlərinə malikdir (tətbiq edilən - drayver və BIOS arasında uyğunluğun bölüşdürülməsi üsulundan
asılı olaraq). Əksər müasir kartlarda video-BIOS –un istifadəçinin özü və ya xüsusi proqramın köməyi ilə
yenidən yazılmasına imkan verən - elektrik yenidən proqramlaşdırılan DYQ (EEРROM, Flash ROM)
quraşdırılır.
- soyutma sistemi — videoprosessorun və videoyadaşşın temperatur rejiminin mümkün səviyyədə saxlanması
üçün nəzərdə tutulub.
VİDEOKARTIN XARAKTERİSTİKALARI

- yaddaş şinasının eni, bitlərlə ölçülür – informasiyanın takt ərzində ötürülən bitlərinin
sayı. Kartın məhsuldarlığının vacib parametri.

- videoyaddaşın sayı, meqabaytla ölçülür — platanın özünə qoşulmuş operativ yaddaş,
kəmiyyət - qrafik platanın hansı həcmdə informasiya saxlaya biləcəyini göstərir.

- nüvənin və yaddaşın tezlikləri — meqaherslərlə ölçülür, nə qədər çox olarsa videokart
informasiyanı bir o qədər tez emal edəcək.

- texniki proses — çap texnologiyası, nanometrlə(nm) ölçülür, müasir kartlar texniki proses
normalarına uyğun olaraq 110 nm yaxud 90 nm ölçü ilə buraxılır. Bu parametr nə qədər aşağı olarsa
kristalda bir o qədər çox element yerləşdirmək mümkündür.

- doldurulmanın tekstura və piksel sürəti - saniyədə milyon piksellərlə ölçülür, zaman vahidi
ərzində çıxarılan informasiyanın sayını göstərir.

- kartın çıxışları — əvvəllər videoadapter bir VGA çıxışına malik idi, indi plataları əlavə
olaraq DVI—I çıxışla və ya iki MK – monitorun qoşulması üçün sadəcə iki DVI çıxışla, həmçinin kompozit
videoçıxış və videogirişlə təchiz edirlər (ViVo kimi ifadə olunur)

Hiç yorum yok:

Yorum Gönder