9 Haziran 2015 Salı

Sistem bloku.



 Sistem bloku üfiqi və ya şaquli formada olan və fərdi kompüterin daxili qurğularını özündə saxlayan “qutudur”. Sistem blokunda qidalanma bloku, ana lövhə, 1 montaj oyuqları, elektrik xəttinə qoşulma, yenidən yükləmə düymələri yerləşir. Montaj oyuqlar ı disk sürüşdürücülərinin-diskovod, CD-ROM/DVD-ROM üçün nəzərdə tutulmuşdur.


8 Haziran 2015 Pazartesi

İNFORMASİYA TƏHLÜKƏSİZLİYİ

 İnformasiya təhlükəsizliyi
Elmi-texniki inqilab informasiya cəmiyyətinin yaranmasına səbəb olmuşdur. Bu cəmiyyətdə informasiya biliklər ən mühüm resurs başlıca əmtəədir. Vətəndaşların, cəmiyyətin dövlətin həyatında informasiyanın, informasiya resurslarının texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. Müasir cəmiyyət tədricən öz informasiya infrastrukturunun vəziyyətindən asılı olur.

VERİLƏNLƏR BAZASI.


1. Verilənlər bazasının məqsədi və tərifi. İnformasiyanın qorunub-saxlanılması kompüterlərin ənənəvi xidmət növlərindən biridir. İnformasiyanın kompüterlərdə qorunub-saxlanılması üçün verilənlər bazasından (VB) geniş istifadə olunur.
Verilən - bazaya daxil ediləcək informasiya vahididir, elementidir.
İnformasiya müəyyən predmet və ya gerçəklik haqqında olan tam fikirdir, məlumatdır.

KORPORATIV ŞƏBƏKƏLƏR


Korporativ şəbəkə anlayışı

Korporasiya termini latın dilində olan “corporatio” – birlik sözündən yaranmışdır. İstənilən cəmiyyətdə müəyyən məqsədlərə çatmaq üçün birliklər yaranır. Bu birliklərə daxil olan subyektlərin öz aralarında və bu subyektlərlə cəmiyyətin digər üzvləri arasında qarşılıqlı əlaqəni yaratmaq üçün müəyyən vasitə olmalıdır. İnformasiya belə bir vasitədir. Hər bir birlikdə olan informasiya həmin birliyi xarakterizə edir. Bundan başqa birliyə daxil olan subyektlər arsında informasiyanın paylanmasına və mübadiləsinə imkan verən bir əlaqə vasitəsinə ehtiyac yaranır. Birliyin subyektləri arasında informasiyanın paylanmasını və mübadiləsini həyata keçirmək üçün dil, kodlaşdırma, şifrləmə və şəbəkə texnologiyaları vasitə kimi istifadə oluna bilər.

İnternet

 Internetin əsasları

1969-cu il tarixindən etibarən Amerika Birləşmiş Ştatları Internetin əsasını qoydu. Bu zaman bir qrup alim kompüterlərin şəbəkələrə birləşdirilməsi üzrə tədqiqatlara başlamışdır. Tədqiqat ABŞ-ın Müdafiə Nazirliyi bölməsi olan Advanced Research Project Agency (ARPA-Elmi Araşdırmalar Agentliyi) tərəfindən maliyyələşdirilmişdir.