Dil dedikdə – istənilən işarələr sistemini başa düşəcəyik.
İşarə dedikdə isə informasiyanı ötürmək üçün xüsusi
seçilmiş bir obyekt nəzərdə tutulacaq. Məsələn: kağızdakı
hərf, əl işarəsi, sifətin ifadəsi, çeviricinin vəziyyəti və
s. Bu çox ümumi bir tərif olduğundan bura heyvanların təbii
dillərini, insanların dillərini də daxil etmək olar. Müxtəlif
dillərin olması bir dildən başqa bir dilə tərcümə
(translyasiya) problemini yaradır. Belə baxanda, bizim bütün
fəaliyyətimiz bu və ya başqa mənada translyasiya ilə bağlıdır.
Biz şüurumuzda olan daxili təsəvvürləri nitqə, hərəkətə
və s. çeviririk və tərsinə.
Yeni
obyekt yaratmaqla, biz onunla bağlı yeni bir dil də yaradırıq.
Məsələn, elmin inkişafı xüsusi elmi dilin yaranmasına gətirib
çıxartdı (riyaziyyat, fizika və s.).
Bir
qayda olaraq, sadə qurğuları, düymələri basmaqla, dəstəkləri
hərəkətə gətirməklə idarə etmək heç də çətin olmur.
Amma elə mürəkkəb obyektlər var ki, onları idarə etmək üçün
insan ya çətinlik çəkir, ya da ola bilsin ki, heç bacarmır. Bu
halda, insanla maşın arasında, bir növ vasitəçi – tərcüməçiyə
ehtiyac olur. Belə qurğulara EHM–ləri misal gətirmək olar.
Onları idarə etmək üçün insan üçün sadə olan, onun dilinə
yaxın olan bir giriş dilinə ehtiyac olur.
Qeyd
edək ki, EHM -lər insan tərəfindən yaradılmış obyektlər
sırasında ən çətin idarə olunanlardandır. Bu məsələ o qədər
obeyktin mürəkkəbliyindən yox, daha çox onun dilinin ( maşın
dili – 2-lik kodlar) insan dilindən uzaq olmasıdır. Ona görə
də istehsalçıların və proqramçılarin maraqlarını nəzərə
alaraq bir ünsiyyət vasitəsinə ehtiyac yaranır.
Proqramlaşdırma
dilləri
adi dillərdən “sözlərin” (ancaq translyatorun başa düşdüyü)
sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir.
EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış
dillərə proqramlaşdırma
dilləri
deyilir.
Istənilən
proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin
əlifbası, sintaksisi və semantikası.
Dilin
əlifbası dedikdə,
həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur.
Sintaksis-
əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının
(komandaların, operatorların) düzəldilməsinin formal
qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini
proqramlaşdırmağa imkan verir.
Semantika-
dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir.
Məsələn, əgər proqramın bu yerində y
=a*(b+c)
ifadəsinin hesablanması yazılıbsa, onda semantika qaydaları
maşına “göstərir” ki, əvvəlcə (b+c) cəmini tapsın, sonra
həmin cəmi a-ya
vursun.
Beləliklə,
hər hansı verilənlərin emalı prosesini birbaşa həyata
keçirməyə imkan verən proqramlar, dili təyin edən sintaksis
qaydalara uyğun olaraq əlifbadakı simvolların birləşməsi
nəticəsində və semantika qaydalarını nəzərə almaqla işlənib
hazırlanır.
Translyator
və kompilyatorlar.
Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq
qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. İnsanın başa
düşdüyü dildə olan bu proqram maşının başa düşdüyü dilə
çevrilməlidir. Bunun üçün kompüterdə translyatorlar və
kompilyatorlar olur.
Proqram
ancaq onların translyatorları olan halda icra oluna bilərlər.
Translyatordan fərqli olaraq kompilyatorlar exe-faylların
yaradılması üçün istifadə olunur ki, onlar da sərbəst icra
oluna bilərlər (yəni, proqpamin yazildiğı mühitdən (sistemdən)
asılı olmadan).
Proqramlaşdırma
dillərinin səviyyələri.
Müxtəlif tip prosessorlar müxtəlif tip əmrlər sisteminə
malikdir. Əgər proqramlaşdırma dili konkret prosessor tipinə
yönəlibsə və onun xüsusiyyətlərini nəzərə alırsa, onda ona
aşağı səviyyəli proqramlaşdırma dili deyirlər. Assembler
aşağı səviyyəli proqramlaşdırma dilidir. Çünki o, bir əmri
mnemonika adlanan simvol işarəmələrinin köməyilə ədədlər
şəklində yox, maşın kodları şəklində verir. Assemblerin
köməyilə çox səmərəli və kompakt proqramlar yaratmaq
mümkündür. Assemblerdən adətən, sistem əlavələrin,
drayver-proqramların, kompüterin aparat resurslarına müraciət
edən proqram modullarının hazırlanması üçün istifadə
olunur. Aşağı səviyyəli proqramlaşdırma dillərindən, adətən
yüksək səviyyəli peşəkar proqramçılar istifadə edir. Bu
dillərdə tutulan proqramlar yaddaşda az yer tutmaqla yanaşı,
daha sürətlə icra olunurlar. Yüksək səviyyəli proqramlaşdırma
dilləri isə adi dilə daha yaxın və insan üçün daha aydın
başa düşüləndir.
Çox
yayılmış, bəzi proqramlaşdırma dilləri haqqında məlumat
verək.
Fortran
-
Cim Bekus tərəfindən 1954-cü ildə yaradılmış ilk kompilyasıya
olunan proqramlaşdırma dilidir. Bu dildə ilk dəfə olaraq
proqramlaşdırmanın ən vacib anlayışları realizə olunmuşdur.
Ondan bütün dünyada istifadə olunur. 2000-ci ildə onun yeni F2k
versiyası yaradılmışdır. Fortrandan əsasən riyazi, texniki
məsələlərin proqramlaşdırılması üçün istifadə olunur.
Cobol
-
1960-cı illərdə yaradılıb. Əsasən iqtisadiyyat sahəsində
biznes məsələlərinin həlli üçün nəzərdə tutulan
kompilyasiya olunan bir dildir. Bu dil özünün “çoxsözlülüyü”
ilə fərqlənir. Bəzən onun əmrləri ingilis ifadələrindən heç
də fərqlənmir. Bu dildə, hal-hazırda aktiv surətdə istismar
olunan çoxlu sayda əlavələr hazırlanmışdır.
Pascal
-
1970-ci illərin sonunda Niklaus Virt tərəfindən yaradılmışdır.
Ondan böyük layihələrin hazırlanmasında müvəffəqiyyətlə
istifadə etmək üçün imkanlar nəzərdə tutulmuş, proqramın
strukturuna olan tələblər gücləndirilmişdir.
Basic
–
Bu dil üçün həm kompilyatorlar, həm də interpretatorlar
mövcuddur. İlk dəfə proqramlaşdırmanı öyrənmək məqsədilə
1960-cı illərdə yaradılan bu dil dünyada ən geniş yayılmış
dillərdəndir.
C
-
Bu dil yaranan gündən kütləvi istifadə üçün nəzərdə
tutulmamışdır. Sadəcə, assembleri əvəz edən bir proqram kimi
planlaşdırılmışdır. Yəni o, həm assembler kimi effektiv və
kompakt proqramlar yaratmaq imkanına malik olmaqla yanaşı, həm də
konkret tip prosessorlardan asılı olmalı idi.
C++
-
C-nin obyektyönümlü genişlənməsi olan bu dil 1980-cı ildə
yaradılmışdır. Bu dildə proqramçının məhsuldarlığını
kəskin şəkildə artıra biləcək çoxlu sayda imkanlar nəzərdə
tutulmuşdur.
Java
-
Bu dil 1990-cı illərin əvvəlində C++ dilinin əsasında
yaradılmışdır. O, C++-da olan bütün aşağı səviyyəli
imkanları aradan çıxardaraq əlavələrin işlənib hazırlanmasını
sadələşdirməyə yönəlmişdir.
Baza
verilənlərin proqramlaşdırma dilləri.
Bu qrup dillər alqoritmik dillərdən həll etdiyi məsələlərə
görə fərqlənir. İlk bazalar böyük informasiya massivlərinin
emalına və müəyyən əlamətə görə bir qrup informasiyanın
seçilməsinə ehtiyac olanda yaradılmışdır. Bunun üçün
strukturlaşdırılmış sorğular dili SQL (structured query
language) dili yaradılmışdır. O güclü riyazi nəzəriyyəyə
əsaslanmaqla verilənlər bazasını effektiv emal etməyə imkan
yaradır.
Böyük
verilənlər bazalarını idarə etmək, onları effektiv emal etmək
üçün VBİS (verilən bazasının idarəetmə sistemi) yaradıldı.
Hal-hazırda dünyada 5 aparıcı VBİS istehsalçısını göstərə
bilərik: Microsoft (SQL Server), İBM (DB2), Oracle Software AG
(Adabas), İnformix və Sybase. Onların məhsulları şəbəkədə
minlərlə istifadəçinin eyni zamanda işini dəstəkləyir,
verilənlər bazaları isə paylanmış şəkildə bir neçə
serverdə saxlanıla bilər.
İnternet
üçün proqramlaşdırma dilləri. HTML
(HiperText Markup Language) çox tanınmış, sadə bir dil olmaqla,
mətnin formatlaşdırılması, şəkillərin əlavə olunması,
şiriflərin və rənglərin verilməsi, istinadların və
cədvəllərin tərtib olunması kimi elementar əmrlərə malikdir.
Çox WEB- səhifələr HTML- də və onun genişləndirilmiş
variantlarında yazılmışdır.
1980-cı
illərdə PERL
dili işlənib hazırlandı. O, böyük mətn fayllarının effektiv
emal olunması, mətn hesabatlarının qenerasiya olunması və
məsələlərin idarə olunması vasitəsi kimi yaradılmışdı.
Onun sətrlərlə, massivlərlə işləmək funksiyaları,
verilənlərin çevrilməsi vasitələri, sistem informasiya ilə
işləmək imkanları da çox genişdir.
Windows
əməliyyatlar sisteminin yaranması ilə bağlı bu mühitdə
işləyən yeni proqramlaşdırma dilləri də meydana çıxmışdır.
Bunlardan Visial
Basic, Visial Delphy, Visial C
və b. göstərmək olar. Bu proqramların köməyilə müxtəlif tip
praktik məsələləri həll etmək olar. “Visial” yazısı onu
göstərir ki, həmin proqram vasitəsi qrafik istifadəçi
interfeysinə malikdir. Yəni Windows sisteminə aid olan bütün
imkanlardan həmin proqram vasitəsi istifadə edə bilər.
KAZIMOV
TOFİQ
AMEA
İnformasiya Texnologiyaları
İnstitutunun
şöbə müdiri
Hiç yorum yok:
Yorum Gönder